Psixoloq və ginekoloq məsləhətləri - İntim əlaqədə dinin qadağan etdikləri barədə tibb nə deyir?

Psixoloq və ginekoloq məsləhətləri - İntim əlaqədə dinin qadağan etdikləri barədə tibb nə deyir?

Cinsi əlaqə, başqa sözlə desək, seks iki və daha çox şəxs arasında həzz almaq, yaxud nəsil artırmaq instinktinin reallaşdırılmasıdır. Canlılardan yalnız delfinlər,meymunlar və insanlar sekslə yalnız həzz almaq üçün məşğul olur. Digər canlılarda bu instinkt  çoxalmaq, nəsil artırmaq funksiyasını daşıyır. Maraqlı məqam bundan ibarətdir ki, intim əlaqəyə elmin və şəriətin yanaşması hər zaman ziddiyyət təşkil edib. Şəriət ona görə ki, Azərbaycan cəmiyyətində din də təsiredici qüvvəyə sahib amillərdən biridir. 

Digər amillərdən isə hələ də öz hökmranlığını qoruyan mentalitetdir. Normalda sərhəd tanımayan seksə din fərqli sərhədlər çizir, qadağalar qoyur. İlahiyyatçılarseks zamanı ər və arvadın diqqət yetirməli olduqları bir sıra qaydaların mövcud olduğunu bildirirlər. Onların fikrincə, dinin buyurduqlarının əksi olan bütün davranışlar haram və günahdır. Ər və arvad arasında ona görə ki, dində intim əlaqə yalnız kişi ilə halal arvadı arasında ola bilər. Dini kəbini olmayanların cinsi əlaqədə olması zina hesab olunur ki, bu da ən böyük günahlardan biridir.

Bu yaxınlarda türkilahiyyatçı Cevat Akşitin “Sevişərkən soyunmayın” açıqlaması müzakirələrə səbəb olmuşdu.  İlahiyyatçının sözlərinə görə, bunu İslamın sonuncu peyğəmbəri Məhəmməd (s.a.s) buyurduqlarında belə qeyd edib: “Cütlüklər cinsi əlaqədə olan zaman soyunarsa, mələklər onların məhrəm yerlərini görüb utana bilər. Buna görə də oradan uzaqlaşarlar. Bu zaman otağa şeytan girər  və həmin əlaqə zamanı yaranan uşaq şeytanın nəsibi olar. Ona görə də, münasibət zamanı uzunqulaqlar kimi soyunmayın”.

İlahiyyatçı Fərid Abdullah belə hədisdən xəbərsiz olduğunu dedi. Ancaq dində intim əlaqə ilə bağlı bir sıra qadağaların və qaydaların mövcud olduğunu da təsdiqlədi: “Ümumiyyətlə, cinsi əlaqənin haram, qadağan olunmuş tərəfləri İslamda var. İslamda insanın hər bir əməlinin  xüsusi hökmü var ki, o hökümlərin cəmi əhkam adlanır. Həmin hökümlər haram, vacib, müstəhəb, məkruh, mübah olmaqla beş hissədən ibarətdir. Kişi və qadın arasında olan münasibətdə də bu beş hökmə daxil olacaq şeylər var. Həmin amilləri Qurani-Kərim də, hədislər də qeyd edir.  Məsələn, hansı vəziyyətdə qadına yaxınlaşmaq olmaz, haramdır. Bəzi davranışlar var ki, məkruhdur, dində bəyənilmir, lakin onun üçün cəza yoxdur. Həmçinin elə şeylər var ki, müstəhəbdir, savabdır etmək, amma vacib deyil. Adicə bir misal gətirim. Qadın evə gələndə əri onun ayaqlarını yuyursa, bu müstəhəbdir, savab əməldir, ancaq dində vacib deyil. Halbuki bu bizim mentalitetimizə ziddir. Kişinin qadına belə qayğı göstərməsi dində bəyənilsə də, mentalitetimizdə qəbul olunmur. Yəni dində bəyənilən bir şey mentalitetdə qəbul edilməyəndə onu da günah, ayıb əməl kimi təqdim edirlər. Qaldı ki, o ilahiyyatçının dediklərinə, mən elə bir hədis oxumamışam, heç bir məlumatım yoxdur. Qadın və kişi əlaqədə olarkən soyunmamalıdır deyə bir qayda yoxdur. Sadəcə olaraq, bir-birlərinin ayıb yerlərinə baxmamalıdırlar. Dində bu pislənə bilər. Bundan əlavə, xüsusi günlər var ki, həmin günlər qadın və kişi münasibətdə olmamalıdır. Bu həm günah əməl sayılır, həm də həmin əlaqədən yaranan uşaq üçün də zərərlidir. Bunlardan biri qadının heys halıdır. Yəni qadın aybaşı olan zaman kişi ona yaxınlaşmamalıdır. Bu barədə hədislər də var”.  

İlahiyyatçının sözlərinə görə, kişi və qadın cinsi əlaqə zamanı şəriətdə qeyd olunanlara əməl etməzlərsə, uşaqları qüsurlu doğula bilər: “Xüsusilə vacibdir ki, ayın hansı günlərində, hansı müddətlərdə, həftənin hansı günlərində kişi ilə qadın münasibətdə olmamaladır və ya olsa, övlada hansı təsiri ola bilər. Bu barədə hədislər var, bəli. Kişi ilə qadın münasibətdə olarkən çılpaq olmamalıdır. Yəni, münasibətdə olarkən bir-birlərinin əzalarına, ayıb yerlərinə baxmamalıdırlar . Bu proses zamanı abır-həyanın gözlənilməsi xüsusilə tövsiyyə olunur. Buna əməl etməmək haram deyil, sadəcə olaraq əks təsiri ola bilər. Bəzən deyirlər ki, qadının heys halında  kişi onunla münasibətdə olarsa, doğulan uşağın üzü çopur olacaq. Əlaqə zamanı danışarlarsa, uşağın danışığında qüsur ola bilər. Bir-birlərinin ayıb yerlərinə baxarlarsa, uşaqda görmə problemi yaranar Bu cür şeylər var. Bəzi mənbələrdə belə hallarla bağlı məlumatlar öz əksini tapıb”.

İlahiyyatçının bildirdiyi kimi din seksdə bir çox şeyi günah hesab edir. Onlardan birincisi anal və oraal seksdir. Tibb necə seksin bu növlərini qadağan edir? Çünki bir çoxları hesab edir ki, xüsusən anal seks günah olmaqla yanaşı  həm də zərərlidir.

Ginekoloq Səbinə Mirzəyeva bu məsələyə aydınlıq gətirib. O təsdiq etdi ki, anal seksin ciddi fəsadları olur: “Anal və oral sekslə adətən nikahdan kənar münasibət yaşayan insanlar məşğul olur. Çox vaxt qız uşaqları bakirəliyini qorumaq üçün seksin bu iki növünə müraciət edirlər. Ancaq zərərli tərəflərindən xəbərsizdilər. Xüsusən də anal seksin. Anal seks ilk növbədə babasilin inkişafına sәbәb olur. Düz bağırsaqda çatlar meydana gəlir, onun divarları dartılır. Diarreya, saxlaya bilmәmә, nәcisin bәrkimәsi, düz bağırsağın düşmәsi kimi ciddi problemlər üzə çıxa bilər . Bundan əlavə, anal seksdən sonra normal sekslə məşğul olduqda bağırsaqlarıdakı mikrobların uşaqlıq yoluna düşməsi riski var. Məhz bu səbəbdən anal sekslə məşğul olduqdan sonra normal sekslə məşğul olmaq olmaz. Bunun üçün ilk növbədə prezrativ çıxarılmalıdır və penis yuyulmalıdır. Prezrativ ona görə ki, anal seks zamanı kişilər mütləq şəkildə ondan istifadə etməlidir. Çünki əks halda mikrob riski onlar üçün də keçərlidir”. Mirzəyevanın sözlərinə görə, anal seksdən sonra ciddi problemlərin üzə çıxmaması üçün partnyorlar maksimum şəkildə diqqətli olmalıdırlar: “Anal seksdə  hər iki tərəfin razılığı və istəyi olmaqla yanaşı, bir çox şeylərə diqqət etmək lazımdır. Yəni kor-koranə anal sekslə məşğul olduqda bir çox fəsadlar ortaya çıxa bilər. Mütləq şəkildə krem və ya yağlardan istifadə olunmalıdır. Nüfuzetmә çox dәrin olmamalıdır. Kişi kәskin hәrәkәtlәrə yol verməməlidir ki, düz bağırsağa zәrәr dəyməsin. Ayda 2-3 dəfədən artıq məşğul olmaq olmaz. Ancaq görəndəki, bəzi fəsadlar yavaş-yavaş üzə çıxır, o zaman dayandırlmalıdırlar.   Seksin bu növü ilə adətən tərəflər intim münasibətlərinə yeni həyəcan qatmaq üçün müraciət edirlər. Anal seks zamanı həm də həzz normal seksdən daha çox olur. Digər üstünlüyü isə uzun müddət davam etməsidir. Yəni normal seksdən fərqli olaraq uzun müddət məşğul olduqda bezdirmir, tərəflər onu bitirməyə tələsmirlər. Qadınlar üçün bir üstünlüyü də ondan ibarətdir ki, anal sekslә mәşğuliyyәt vaxtı öz әn birinci orqazmına çatırlar. Çünki düz bağırsaqda ehtiraslandıran seksual zonalar var. Qadınlarla yanaşı bu seks kişilərə də həzz verir”.

Ginekoloq bildirdi ki, oral seks zamanı da xəstəlik və mikrobların düşmə riski var: “Biz anal seksdən danışarkən qeyd etdik ki, bu əlaqə iki nəfərin razılığı ilə olmalıdır. Çünki əks halda psixoloji travmalar yarada bilər. Bilirsiniz ki, Azərbaycan cəmiyyətində insanların psixologiyası daha çox mentalitetin təsirindən formalaşıb. Yəni, əslində normal hesab olunan bir çox şey var ki, bizim cəmiyyətdə ayıb hesab olunur. Bu kişi və qadın arasındakı münasibətlərdə də təzahür edir. Hətta ər və arvad arasında olan intim münasibətdə də. Yəni anal və oral seks kimi əlaqə vasitələri bizim cəmiyyətdə ayıb hesab olunduğu üçün mütləq şəkildə partnyorlar könüllü şəkildə bunlarla məşğul olmalıdır. Yenə qeyd edirəm, məcburi olarsa, travma yarada bilər. Qaldı ki, sağlamlıq baxımından oral seksdə də bəzi məqamlara diqqət yetirmək vacibdir. Anal seks qədər ciddi fəsadlara yol açmasa da,  xəstəlik və mikrob düşmə riski onda da böyükdür.  Seksin bu iki növü ilə məşğul olarkən  gigiyenik qaydalara əməl etmək xüsusilə vacib nüansdır. Eləcə də, seks zamanı təhlükəli davranışlara yol vermək olmaz. Ələlxüsusda bu ikisində”.

Qadınların orqazm ola bilməməsini ginekoloq psixoloji faktorlarla əlaqələndirir. Ancaq məsələnin tibbi tərəfləri də mövcud imiş: “Bildiyimiz kimi qadınlarda orqazm deyilən bir hissiyat var. Xüsusilə mentalitetə uyğun olaraq bizim qadınlarımız onu çox gec bir zamanda hiss edirlər və bu təbii ki, birmənalı psixoloji bir tərəfə bağlıdır. Yəni kişinin erkən boşalması androloji bir problemdirsə, qadının orqazm hiss etməməsi sırf psixoloji amillərdən qaynaqlanır. Ancaq belə bir məsələ də var. Bir qadının bir neçə partnoyoru ola bilər. Biri ilə orqazm hiss edə bilər, digəri ilə hiss etməz. Bu sırf kişi ilə əlaqələndirilir. Yəni səbəblərdən biri bu ola bilər. Bundan əlavə, yoxlanış zamanı qadında estrogen hormonu az miqdarda çıxarsa və androgenlərin miqdarı onları üstələyərsə, buna görə də onlar orqazmı az hiss edərlər. Digər tərəfdən  orqazm olmaq üçün açıq ünsiyyət, ön sevişmə, müntəzəm idman və qidalanma da olduqca mühüm əhəmiyyət kəsb edir. Bunu xüsusilə vurğulamaq istəyirəm ki, qadın və kişi belə bir problem olduqda mütləq bir-birləri ilə bölüşməlidirlər və problemdən çıxış yolu axtarmalıdırlar”. Ginekoloq aybaşı zamanı cinsi əlaqədə olmamağı tövsiyyə etdi. Onun sözlərinə görə, regl zamanı cinsi əlaqədə olmaq sağlamlıq cəhətdən təhlükəli xarakter daşıya bilər.

İntim əlaqənin psixoloji tərəfləri haqqında isə psixoloq Vüsalə Əmiraslanova ilə söhbətləşdik. O, bildirdi ki, seks elə bir ünsiyyət formasıdır ki, bu əlaqədə mütləq hər iki tərəfin istəyi və razılığı olmalıdır. Əks halda ciddi psixoloji fəsadlara yol aça bilər: “Cinsi aktı birdən-birə həyata keçirmək düzgün deyil.  Bunun özünün hazırlıq mərhələsi var. Belə deyim avr, intim münasibətdən əvvəlki müddət var, intim münasibətin özünün müddəti var və ondan sonrakı zaman  var.  Yəni onun hazırlıq mərhələsi xüsusi seçilməlidir. Bu həm qarşı tərəfdən asılıdır, həm də insanın öz şəxsi istəyindən. Hər iki tərəfin istəyi ilə yaranırsa, cinsi akt zamanı heç bir psixoloji problem yaşanmır. Bir də bu cütlüklər arasında olan yaxın münasibətdən, nə qədər açıq və səmimi olmalarından asılıdır. Hər iki tərəf bunu bir-birinə normal şəkildə, atmacalar atmadan, problemlər yaratmadan, yəni sənin mənfilərin budur, mənim mənfilərim budur demədən ümumən müzakirə eliyə bilərlər. Həmin müzakirə zamanı da bir çox problemlər aradan qaldırılmış olur. Əgər birinci akt zamanı problem yaşanırsa, ikincidə bu həyəcandan travma səviyyəsinə keçir.  Yəni birincidə bizdə alınmadısa, ikincidə də ola bilsin yaxşı olmasın kimi düşüncələr cinsi akt zamanı problemlər yarada bilir. Cinsi istəksizlik problemi də elə birincidən qaynaqlanır. Hər iki tərəfin bir-birini çox yaxşı tanıması, bir-birilə dostluq münasibəti, sevgilidirsə, sevgili münasibəti, ər arvaddırlarsa, yoldaş münasibəti yaranmalıdır və ən əsası cütlük formalaşmalıdır. Cütlük formalaşmayanda intim münasibətdə müxtəlif istəksizliklər yaranır. Əsas önəm daşıyan məqam budur ki, bir-birini yaxşı tanısınlar və nə istədiklərini yaxşı bilsinlər. Ən əsas isə ünsiyyət olmalıdır. Cinsi aktdan əvvəl ünsiyyət olanda cinsi istək artmış olur”.  

Cinsi əlaqə zamanı bir çox qadınların orqazm ola bilməməsinin müxtəlif səbəbləri olduğunu desələr də, psixoloqumuz hesab edir ki, hər cinsi əlaqədə orqazm olmaq vacib deyil. Ancaq ilkin səbəb psixoloji amillərdir: “Bu proses orqanizmə görə dəyişir. Məsələn, 10 cinsi aktda üçündə, dördündə orqazm olmaq mümkündür. Bu da kişiyə və qadına görə müəyyənləşir. Sadəcə olaraq orqazm olmamaq səbəbi cinsi istəksizlik ola bilər. Bu da dolayısıyla partnyorların bir-birlərini tanımamları və yaxudda məişətdə problemləri olanda, psixoloji problemləri olanda intim münasibətə təsir edir. Ümumiyyətlə, istər ailə, sevgili münasibətlərində bu münasibət psixoloji, məişət və intim olmaqla üç hissəyə bölünür. Bunlardan birində problem yaranarsa, digərlərində də yaranar. Ancaq daha çox intimdə problem olarsa, digərlərində özünü daha tez biruzə verir”.   primetime.az


loading...