Ramazan ayının 29- cu günün duası - İmsak və iftar vaxtı

Ramazan ayının 29- cu günün duası - İmsak və iftar vaxtı

Azərbaycanda Ramazan ayının 29-cu günüdür.

XƏBƏRÇİ.AZ xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 14-də Bakıda imsak saat 03:18-də, iftar isə saat 20:29-dadır.

Ramazan ayının 29-cu gününün duası:

“Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin”.

Tərcüməsi:

“İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!”.

Allah orucunuzu qəbul etsin!


loading...
Günün çox oxunanları
Həftənin çox oxunanları