Ramazan ayının 24-cü gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının 24-cü gününün duası - İmsak və iftar vaxtı

Azərbaycanda müqəddəs Ramazan ayının 24-cü günüdür.

XƏBƏRÇİ.AZ  xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 9-da imsak saat 03:19,  iftar isə 20:26-dadır.

Ramazan ayının 24-cü günün duası:

“Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”.

Tərcüməsi:

“İlahi, bu gün Səni razı salan əməlləri Səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən Sənə sığınıram. Sənə tabe olmaq və Sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!”


loading...