Tanınmış müğənnidən müsəlmanlara qarşı örnək addım

Tanınmış müğənnidən müsəlmanlara qarşı örnək addım

Myanmarda ötən ilin iyulundan başlayaraq müsəlmanlara qarşı etnik soyqırım həyata keçirilir. Livan əsilli İsveçli müğənni Maher Zain Bangladeşdə arakanlı müsəlmanların qaldığı düşərgələri ziyarət edib. O, Türkiyə Qızıl Aypara cəmiyyətinin yardım işlərinə də qatılıb. Müğənni Zain Qızıl Aypara cəmiyyətinin fədakarlığından, gördüyü xeyriyyə işlərindən təsirləndiyini deyib. "Bu cür insani davranışlar bu gün dünyada olduqca əhəmiyyətlidir. Deməyə söz tapa bilmirəm. Türkiyə Qızıl Aypara Cəmiyyəti həqiqətən möhtəşəm işlər görür. Gedəcəyim hər yerdə bu haqda danışacağam", — Maher Zain qeyd edib.

Xeberci.az Sputnik-ə istinadən xəbər verir ki, Myanmarda ötən ilin iyulundan başlayaraq müsəlmanlara qarşı etnik soyqırım həyata keçirilir. Xüsusilə Arakan bölgəsində yaşayan müsəlman azlıqlar budist radikallar tərəfindən vəhşicəsinə qətlə yetiriliblər. Yüzminlərlə arakanlı müsəlman canlarını xilas edə bilmək üçün qonşu Banqladeşə sığınıb.

 


loading...