Toy olmadan qızın nişanı qaytarılıbsa, o azad sayılır?

Toy olmadan qızın nişanı qaytarılıbsa, o azad sayılır?

Toy olmadan qızın nişanı qaytarılıbsa, o azad sayılır yoxsa talaq və iddə tələb olunur?

Əvvəla, əgər qadının (qızın) kəbini kimə isə oxunubsa, onun azad sayılması üçün mütləq talaq verilməlidir. Talaq verilmədikcə qız həmin oğlanın halal həyat yoldaşı sayılır. Nişanın geri qaytarılması, inciklik yaranması, əlaqələrin kəsilməsi və sairə qızın azad sayılması üçün kifayət deyil. Xəbərçi.az  bildirir ki, ikincisi, qadın talaqdan sonra mütləq şəriətin nəzərdə tutduğu şərtlər daxilində müəyyən müddət gözləməlidir. Buna iddə deyirlər. Yalnız iddə bitdikdən sonra qadın başqası ilə kəbin kəsdirə bilər. Amma istisna hal budur ki, əgər kəbin kəsiləndən sonra tərəflər arasında cinsi əlaqə olmamışsa, iddə saxlamağa ehtiyac yoxdur. Bu halda talaq veriləndən sonra qız başqasının kəbininə daxil ola bilər. Amma hər bir halda, talaq mütləq oxunmalıdır və nə qədər ki, talaq oxunmayıb, qız azad sayılmır. islam.az


loading...