Mehman günahsız olduğunu deyib

Mehman günahsız olduğunu deyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində video-bloqqer Mehman Hüseynovun məhkəməsi keçirilib.

Xəbərçi.az qafqazinfo.az-a istinadən məlumat verir ki, hakim Əflatun Qasımovun icraatında olan prosesdə prosesdə M.Hüseynov çıxış edərək saxlanılarkən başına gələnləri danışaraq fiziki təzyiqə məruz qaldığını deyib və günahsız olduğunu bildirib.

Musa Musayevin vəkili çıxış edərək M.Hüseynovun şikayətinin əsassız olduğunu deyib və təmin edilməməsini istəyib. Bundan sonra sənədlər elan edilib.

Proses noyabrın 17-də davam etdiriləcək.


loading...