Elmar Məmmədyarov Moskvada həmsədrlərlə görüşür

Elmar Məmmədyarov Moskvada həmsədrlərlə görüşür

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb.

Xəbərçi.az məlumat verir ki, qapalı keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı müzakirələr aparılır.

Bununla yanaşı, görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü də müzakirə edilir.

Görüşdə ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.


loading...