Əfvə kimlər düşüb?

Əfvə kimlər düşüb?

Prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan ictimai şəxslərin bəzilərinin adları bəlli olub.

XƏBƏRÇİ.AZ “Qafqazinfo”ya istinadən  xəbər verir ki, “Nardaran hadisələri” ilə bağlı azadlıqdan məhrum edilən 7 nəfər əfvə düşüb.

 

Bundan başqa, şantaj yolu ilə pul almaqda təqsirləndirilən şair Saday Şəkərli, narkotik ittihamı ilə tutulan AXCP fəalı Elnur Fərəcov, “Cristall Hall”da terror törətməkdə təqsirləndirilən Valeh Abdullayev və hicaba qadağa qoyulması ilə bağlı keçirilən aksiyada tutulan iki nəfər əfv edilib.


loading...