Putindən Ramiz Mehdiyevə yüksək mükafat

Putindən Ramiz Mehdiyevə yüksək mükafat

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Soçidə keçirilən təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin 9-cu beynəlxalq görüşü çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi "Şərəf" ordeni ilə təltif edib.

Bu barədə jurnalistlərə açıqlamasında TŞ-nin mətbuat xidmətinin rəhbəri Yevqeni Anoşin məlumat verib.  

Anoşin bildirib ki, Nikolay Patruşev  Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri ilə görüşdə Ramiz Mehdiyevə Rusiya prezidentinin sərəncamına əsasən, "Şərəf" ordeni təqdim edib.


loading...