Ermənistan yenə qaynayır - CANLI YAYIM - VİDEO

Ermənistan yenə qaynayır - CANLI YAYIM - VİDEO

"Yelk" ("Çıxış") parlamet fraksiyasının lideri, Ermənistan müxalifətinin hazırda faktiki lideri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvanda bu gün etiraz aksiyaları yenidən başlayıb.

XƏBƏRÇİ.AZ milli.az-a istinadən bildirir ki, vətəndaş itaətsizliyi aksiyasına səbəb N.Paşinyanla mövcud hakimiyyət arasında bu gün üçün nəzərdə tutulmuş danışıqların baş tutmamasıdır.

N.Paşinyan tərəfdarlarını İrəvandakı Respublika meydanına çağıraraq "xalqın "məxməri inqilabı"ının uğurlarını qoruyaq!" deyib.

"Yelk" fraksiyasının üzvü, "Maariflənmiş Ermənistan" partiyasının mənsubu Edmon Marukyanın dediyinə görə, Nikol Paşinyan baş nazir postuna namizəd ola bilər.

"Parlamentdə 40 mandatımız var. Paşinyanın baş nazir postuna namizədliyini irəli sürmək üçün 13 səs çatışmır. Ümid edirəm ki, bu səsləri iqtidardakı Ermənistan Respublika Partiyası və "Daşnaksutyun"dan ala bilərik. Elə bir vəziyyət yaranıb ki, Respublika Partiyası hakimiyyətdən imtina etməsə heç nə dəyişən deyil", - E.Marukyan deyib.

"Orinas Yerkir" partiysası da N.Paşinyanı dəstəkləməyə hazırlaşır.

Bu arada Ermənistanın Vanadzor şəhərində Dövlət Universitetinin tələbələri etiraz aksiyasına başlayıblar.


loading...