Yeni baş nazir kimdir? - Tvitterin ən aktiv siyasətçisi...

Xəbər verdiyimiz kimi bu gün Milli Məclisdə Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun baş nazir postuna namizədliyi müzakirəyə çıxarılacaq

XƏBƏRÇİ.AZ qafqazinfo-ya istinadən yeni baş nazirin qısa bioqrafiyasını təqdim edir. 

N.Məmmədov 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

12 aprel 1997-ci ildə prezident Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olub. 

1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib. 

2002-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib. 

Ötən ilin iyunun 1-dən isə prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiridir. 

N.Məmmədov həmçinin, elmi, ictimai və siyasi mövzularda 150-dən artıq məqalənin müəllifidir.

Qeyd edək ki, 71 yaşlı yeni baş nazir sosial şəbəkələrdə ölkənin siyasi həyatında baş verən proseslərə ən aktiv reaksiya verən yerli siyasətçidir. 

Evlidir. Üç övladı və nəvələri var.

Yeni baş nazirlə bağlı digər maraqlı fakt isə onun Vaqif Mustafayevin rejissorluq etdiyi "Fransız" filmində epizodik rol almasıdır. Siyasətçi həmin filmdə Fransa səfirliyinin əməkdaşını canlandırıb. 

Oxunma sayı: 7867

Xəbər verdiyimiz kimi bu gün Milli Məclisdə Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun baş nazir postuna namizədliyi müzakirəyə çıxarılacaq. “Qafqazinfo” yeni baş nazirin qısa bioqrafiyasını təqdim edir. 

N.Məmmədov 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

12 aprel 1997-ci ildə prezident Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olub. 

1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib. 

2002-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib. 

Ötən ilin iyunun 1-dən isə prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiridir. 

N.Məmmədov həmçinin, elmi, ictimai və siyasi mövzularda 150-dən artıq məqalənin müəllifidir.

Qeyd edək ki, 71 yaşlı yeni baş nazir sosial şəbəkələrdə ölkənin siyasi həyatında baş verən proseslərə ən aktiv reaksiya verən yerli siyasətçidir. 

Evlidir. Üç övladı və nəvələri var.

Yeni baş nazirlə bağlı digər maraqlı fakt isə onun Vaqif Mustafayevin rejissorluq etdiyi "Fransız" filmində epizodik rol almasıdır. Siyasətçi həmin filmdə Fransa səfirliyinin əməkdaşını canlandırıb. Videonun 4-cü dəqiqəsindən Novruz Məmmədovun rol aldığı səhnəni izləyə bilərsiniz:

loading...