Azərbaycanda seçicilərin dəqiq sayı məlum oldu

Azərbaycanda seçicilərin dəqiq sayı məlum oldu Azərbaycanda vahid seçici siyahısı dəqiqləşdirilərək yenidən tərtib edilib.   Xəbərçi.az Trend-ə istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov bildirib ki, Azərbaycanda səsvermə hüququ olan 5 milyon 192 min 42 şəxs var.   Onun sözlərinə görə, MSK 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsi cari il martın 3-nə qədər başa çatdırılması qərara alınıb.   Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

loading...