İlham Əliyev general rütbələri verdi

İlham Əliyev general rütbələri verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb.

Müvafiq sənədi AZƏRTAC dərc edib.

Sərəncama əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları - polkovnik Şahvələd İsmayıl oğlu Əliyev və polkovnik Yusif Həsən oğlu Mirzəyevə general-mayor ali hərbi rütbəsi verilib.

Dövlət başçısının digər sərəncamı ilə xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Tağıyev Elmar Əli oğlu – polkovnik-leytenant

“Hərbi xidmətlərə görə” medalı ilə

Babazadə Əjdər Yəhya oğlu – polkovnik-leytenant

Əhmədov Elşad Təşkilat oğlu – polkovnik-leytenant

Məmmədov Bəxtiyar İbrahim oğlu – polkovnik-leytenant

Nəbiyev Əfran Xanəli oğlu – polkovnik-leytenant

Əliyev Vüsal Akif oğlu – mayor

Həsənov Nicat Zəfər oğlu – mayor

Əsədullayev Vilayət Fətulla oğlu – kapitan

Sadıqova Ülviyyə Məhərrəm qızı – ədliyyə baş leytenantı.


loading...