Abel Məhərrəmovun səfir oğlu ilə bağlı - RƏSMİ AÇIQLAMA

Abel Məhərrəmovun səfir oğlu ilə bağlı - RƏSMİ AÇIQLAMA

Xarici İşlər Nazirliyi (XİN) Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğlu, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun geri çağırılması ilə bağlı mediada yayılan məlumatlara münasibət bildirib.

Xeberci.az-ın məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Qafqazinfo-ya müsahibəsində bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edib geri çağırmaq Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərinə aiddir:

“Hal-hazırda Anar Məhərrəmovun geri çağırılması məsələsinə baxılmır”.


loading...