İlham Əliyev 86,53% səs toplayıb - “Exit poll”un nəticələri

İlham Əliyev 86,53% səs toplayıb - “Exit poll”un nəticələri

ELS” Müstəqil Araşdırmalar Mərkəzi prezident seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələrini açıqlayıb.
 
XƏBƏRÇİ.AZ
-ın məlumatına görə, Mərkəzin  rəhbəri İradə Yaqubova bildirib ki, prezident seçkilərində 118 dairədə 300 məntəqədə “exit-poll” aparılıb: “80 min anket əsasında biz nəticə çıxardıq. Gün ərzində hər saatdan bir anketlər qutudan anketlər çıxarılır və səslər sayılırdı. Anketdə seçki prosesi və başqa məsələlərlə bağlı suallar var idi. Seçici fəallığı gün ərzində 68,7 faiz olub. “Exit-poll” uğurla başa çatdı.

Nəticələr aşağıdakı kimidir:
 
İlham Əliyev – 82,71 faiz

Qüdrət Həsənquliyev – 4,23 faiz

 

Sərdar Cəlaloğlu - 3,56 faiz

Zahid Oruc - 3,37 faiz

Hafiz Hacıyev - 2,1 faiz

Araz Əlizadə - 1,87 faiz

Fərəc Quliyev - 1,33 faiz

Razi Nurullayev 0,92 faiz

***

Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə prezident seçkilərində keçirdiyi "exit-poll"un ilkin nəticələrini açıqlayıb.
 
Nəticələr aşağıdakı kimidir:
 
İlham Əliyev - 86,53 faiz

Qüdrət Həsənquliyev - 3,10 faiz
 
Zahid Oruc - 2,92 faiz
 
Sərdar Cəlaloğlu - 2,81 faiz

Hafiz Hacıyev - 1, 73 faiz

Araz Əlizadə - 1,21 faiz
 
Fərəc Quliyev - 1, 03 faiz
 
Razi Nurullayev - 0, 67 faiz
 
“Exit-poll” Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər bütün bölgələri əhatə edib.

***

ABŞ-ın Artur J.Finkelstein and Associates” (AJF) təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birlikdə Azərbaycandakı prezident seçkilərində keçirdiyi “exit-poll”un nəticəsini açıqlayıb.

Nəticələr:

İlham Əliyev - 85,57 faiz

Araz Əlizadə -1.42 faiz

Hafiz Hacıyev -1.76 faiz

Qüdrət Həsənquliyev -2.96 faiz

Fərəc Quliyev - 1.52 faiz

Sərdar Məmmədov- 2.48 faiz

Razi Nurullayev -1.37 faiz

Zahid Oruc- 2.92 faiz


loading...