Bakı Bəyannaməsi qəbul olundu – YENİLƏNİB

Bakı Bəyannaməsi qəbul olundu – YENİLƏNİB

Nazirlər təəssüflə bildirirlər ki, BMT-nin 4 qətnamə qəbul etməsinə baxmayaraq, Azərbaycan və Ermənistan arasında münaqişə həll olunmamış qalır və beynəlxalq və regional sülh və təhlükəsizliyə təhdid olaraq qalmaqda davam edir".

XƏBƏRÇİ.AZ  APA-ya istinadən xəbər verir ki, bu barədə Qoşulmama Hərəkatının Bakıda keçirilmiş aralıq nazirlər konfransının yekun sənədində deyilir.

Sənəddə bildirilir ki, nazirlər BMT Xartiyasında qeyd olunan güc tətbiq etməmə prinsipinin vacibliyini də qeyd edirlər.

"Münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində danışıqlar yolu ilə nizamlanma yollarını axtarmağa çağırırıq", - deyə yekun sənədində vurğulanır.

17:12

Bakıda keçirilən Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin aralıq toplantısı çərçivəsində yekun sənəd qəbul edilib.

Oxu.Az məlumat verir ki, konfrans çərçivəsində həmçinin Bakı Bəyannaməsi və Fələstin üzrə Nazirlər Komitəsinin iclasında təsdiq edilmiş Fələstin üzrə yekin bəyannamə qəbul olunub.


loading...