İlham Əliyevdən yeni təyinat

İlham Əliyevdən yeni təyinat Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin yeni müavini təyin olunub.   Xəbərçi.az bildirir ki, apa-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Faiq Maqbed oğlu Quliyev komitə sədrinin müavini təyin edilib.   F. Quliyev buna qədər SOCAR Energy Georgia MMC-də marketinq və beynəlxalq əlaqələr bölməsinin rəisi vəzifəsində çalışıb.   Qeyd edək ki, bununla da komitənin sədr müavinlərinin sayı üçə çatıb.
loading...