Ermənistan ordusu öz hərbi hissəsini bombaladı - Ölən və yaralananlar var

Ermənistan ordusu öz hərbi hissəsini bombaladı - Ölən və yaralananlar var

Ermənistan ordusunda artilleriya birlikləri öz hərbi hissələrini vurub.

Xəbərçi.az Ermənistan mediasına istinadən məlumat verir ki, artilleriyaçıların təlim məşqləri zamanı səhvən atdıqları mərmi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb.

Səriştəsizlik nəticəsində baş verən hadisə zamanı ölən və yaralananların olduğu deyilir. İtkilər haqda məlumat verilməsə də, hadisə ilə bağlı cinayət işi açılıb.


loading...