23 yaşlı şəhidimizin ürək parçalayan sözləri: "Allah bizi şəhidliyə layiq bilsin"/

23 yaşlı şəhidimizin ürək parçalayan sözləri: "Allah bizi şəhidliyə layiq bilsin"/

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub.

Xəbərçi.az bildirir ki, 23 yaşlı şəhidimizin sosial şəbəkədə yazdığı status hamını kədərləndirib:

"Müharibə qaçılmazdır və hər bir azərbaycanlının borcudur. Bu borcu özümə Qarabağı eşidəndən bilmişəm və bu borcu qaytarmalıyam. Allah bizi şəhidliyə layiq bilsin".

Qeyd edək ki, 1995-ci ildə Neftçala rayonunda doğulan İ.Mənəfov ali təhsilli olub. O, 2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb və düşmənlə üz-üzə yerləşən bölmələrdə xidmət edib.

Şəhid əsgər Milli Aviasiya Akademiyasının məzunu imiş.


loading...