20 yanvarda Sovet tanklarının qarşısında dayanan yeganə müğənni - Flora Kərimova/

20 yanvarda Sovet tanklarının qarşısında dayanan yeganə müğənni - Flora Kərimova/

20 Yanvar faciəsindən 28 il ötür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələrinin qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur.

Hadisələr baş verən zaman Azərbaycan Respublikasının xalq artisti Flora Kərimova küçələrə çıxaraq öz etirazını qorxmaz şəkildə ifadə etmişdir. Həmin vaxt Flarmoniyanın yanında toplaşan kütləyə rus sovet tanklarından biri qəflətən sürmüş hər kəs qaçaraq ətrafa səpələnmişdir, təkcə bir qadından başqa. Qollarını açaraq tankın düz önündə dayanan həmin qadın Flora Kərimova idi. Bu cəsarətli hərəkəti ilə Flora Kərimova tankı dayandırmış və ikinci dəfə şəhərə daxil olmasının qarşısını almışdır.


loading...