Azərbaycan hərbçiləri Gürcüstana yollandı

Azərbaycan hərbçiləri Gürcüstanda neft-qaz kəmərlərinin mühafizəsi üzrə təlimdə iştirak edirlər
Azərbaycan hərbçiləri Gürcüstana yollandı Gürcüstanda “Eternity-2017” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.   Xəbərçi.az-ın Gürcüstanın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, NATO-Gürcüstan Təlim və Qiymətləndirmə mərkəzində keçirilən təlimdə gürcü hərbçilərlə yanaşı Azərbaycan və Türkiyə hərbçiləri iştirak edir.   Təlimin keçirilməsində məqsəd əsas ixrac boru kəmərlərinin mühafizəsinin gücləndirilməsində strateji əməkdaşlığın təmin olunmasıdır. Təlimdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin böhran vəziyyətlərdə mühafizəsi üçün əməliyyatların ssenarisi nəzərdən keçirilir.   Təlim sentyabrın 29-da başa çatacaq.

 


loading...