Banan qabığını əsla atmayın

Banan qabığını əsla atmayın

Banan qabığı bir çox sahədə istifadəyə yararlıdır. Onu bəzən mətbəxdə bir təmizlik vasitəsi, bəzən də gündəlik baxımınızın bir parçası kimi istifadə edə bilərsiniz.Banan qabığının tərkibində C və B vitamini, potasium, çinko və dəmir var. Bu qidalar iltihablı dərini sakitləşdirir və üzdəki səpkiləri azaldır. Banan qabığını dərinizə çəkin və 5- 10 dəqiqə gözləyin. Daha sonra dərinizi durulayın. Bunu gündə iki dəfə təkrar edə bilərsiniz.

Yetişmiş banan qabıqları qəhvə və çay kimi içkilərin nəticəsi olaraq ortaya çıxan sarı ləkələri azaltmaya kömək edən potasium baxımından çox zəngindir. Dişlərinizi fırçalayın və yaxşıca yuyun. Banan qabığını 2 dəqiqə boyunca dişlərinizə çəkin. Dişlərinizi təkrar durulayın.

Gümüşləriniz parıltısını itirməyə və ya qaralmağa başladıqda banan qabığından istifadə edə bilərsiniz. Banan qabığının içindəki potasium təmiz metal əşyalara kömək edir. Banan qabıqlarını bir qarışdırıcıya yerləşdirin. Qarışıma yarım stəkan su əlavə edin. Bir məcun halına gələnə qədər qarışdırın. Gümüşü məcunla bir neçə dəqiqə silin.

Banandakı antioksidanlar və C vitamini üzdəki qırışıqlıqların görünüşünü azaltmağa kömək edir. Banan qabığını dərinizə çəkin. 30 dəqiqə və ya gecə boyunca saxlayın. Üzünüzü yuyun və nəmləndirin. Bunu həftədə 3 dəfə təkrarlaya bilərsiniz.

Banan qabığı miqren və baş ağrılarınını müalicə etmək üçün də təbii bir vasitədir. Alnınıza və boynunuza banan qabığı qoyaraq ağrıları yüngülləşdirə bilərsiniz. Banan qabığını bir saatlığına dondurucuya qoyun. Alnınıza və boynunuzun arxasına bir qabıq qoyun. İsinənə qədər gözlədin.

Banan qabıqları şişlik, qızartı və yara izi kimi dəri zədələnmələrini böyük ölçüdə azaltma qabiliyyətinə sahibdir. Banan qabığını zədələnmiş bölgəyə çəkin. Bir saat və ya bir gecə gözlədin. Günlük olaraq təkrarlayın.


loading...