“WhatsApp” istifadəçilərinə bəd xəbər

“WhatsApp” istifadəçilərinə bəd xəbər

“WhatsApp” dinləmədən müdafiə sistemindən məhrum olacaq.

“WhatsApp” istifadəçiləri bu yaxınlarda dəyişikliklər ilə üzləşəcəklər, belə ki, tətbiqin sahibləri daha çox gəlir əldə etmək niyyətindədirlər.

On il öncə yaradılmış messencer ən məşhur ünsiyyət servisinə çevrildi. Yan Kum tərəfindən yaradılan layihə sonradan “Facebook” sahibkarlarına satıldı. 2018-ci ildə “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq “WhatsApp” ilə əlaqədar həyata keçirəcəyi yenilikləri açıqladı, nəticədə Yan Kum şirkəti tərk etdi, belə ki, o, layihədə həyata keçiriləcək radikal dəyişikliklərin iştirakçısı olmaq istəmirdi.

Söhbət 2018-ci ildə messencerdə əvvəllər olmayan reklamın olacağından gedir. Bundan başqa üçüncü şəxslərin (ABŞ xüsusi xidmətlərinin) müdaxiləsindən qoruyan şifrənin də zəiflədiləcəyi bildirilib. Məlumata görə, Yan Kum son 6 ay ərzində bir neçə dəfə Mark Zukerberq ilə görüşüb, amma bu məsələ üzrə razılıq əldə edilməyib.

“Tətbiqdən istifadə edərkən, “Facebook” sizin kim olduğunuzu, harada yaşadığınızı, hansı mallar ilə maraqlandığınızı biləcək. Bu “WhatsApp”-ın ilkin prinsiplərini və onun məxfiliyini təkzib etməkdir”, – məlumatda deyilir.

“Facebook”-un təsisçisi messencerin yardımı ilə daha çox gəlir əldə etmək istəyir. Çox güman ki, reklamvericilərdən daha çox bildiriş, çatlarda isə banner reklamı peyda olacaq.


loading...