“WhatsApp”da daha bir yenilik - Mesajlar artıq belə görünəcək

“WhatsApp”da daha bir yenilik - Mesajlar artıq belə görünəcək

“WhatsApp”ın beta versiyası yeni bir funksiyanı testdən keçirib.

“Youtube” video materiallarının kiçik bir çərçivədə göstərilməsi, mesajın oxunduğunu təsdiq edən işarənin ləğv edilməsi yeniliklərindən sonra “WhatsApp” daha bir yeniliyi sınaqdan keçirib.

Başqalarından gələn mesajı əvvəllər hansısa bir şəxsə və ya qrupa göndərəndə kimdən gəldiyini bilmək olmurdu. Siz mesajı kimdən götürdüyünüzü görə biləcəksiniz. Ancaq paylaşılan bu cür yazılarda “çatdırıldı” işarəsi görünməyəcək.


loading...