Restoran müdirindən nümunəvi addım

Restoran müdirindən nümunəvi addım

Türkiyədə baş vermiş maraqlı hadisə sosial şəbəkələrdə gündəm olub.

XƏBƏRÇİ.AZ  Türkiyə mediasına istinadən xəbər verir ki, lahmacun sifariş verən gənc tələbələr restoran müdirinə evdə 3 nəfər olduqlarını, 9 lahmacun istədiklərini, yalnız pullarının 5-nə çatdığı barədə məktub yazıblar.

Məktubu alan restoran sahibi onlara müsbət cavab verərərək, gənclərin istədikləri qədər lahmacun göndərməklə yanaşı, həmçinin şiriniyyat da verməyi unutmayıb. Restoran sahibi gənclərə məktubunda onun da oğlunun başqa şəhərdə tələbə olduğunu yazıb və onlara uğurlar diləyib.


loading...