Oruc tutanlara məsləhət

Oruc tutanlara məsləhət

Endokrinoloq Fərhad Burzu Ramazan ayında, bitki çaylarından istifadə etməyi məsləhət görür.

XƏBƏRÇİ.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, həkimin sözlərinə görə, bu çaylar oruc tutmuş şəxslərdə toxluq hissi yaradır, metobolizmanı sürətləndirir və həzmi asanlaşdırır:

 

“Darçınlı çay həm qanda şəkərin səviyyəsini nizamlayır, həm də gün ərzində toxluq hissini qoruyur. İftarda yaşıl çay içməklə gün ərzində aclıqdan yavaşlayan metabolizmanızı sürətləndirə bilərsiniz. Bibəriyə, kəklik otu, gilas sapından ibarət olan funksional çaylar isə həzmsisteminizi dəstəkləyəcək, metabolizmanı sürətləndirəcək, şişkinlik problemini aradan qaldırmağa səbəb olacaq”. 


loading...