Məhkəməyə üz tutmadan boşanmaq mümkün olacaq

Məhkəməyə üz tutmadan boşanmaq mümkün olacaq

Çinin ən məşhur sosial platforması “WeChat”, Orta Krallığın sakinləri üçün boşanma funksiyası əlavə edib. Belə ki, cütlüklər tətbiqi tərk etmədən boşanma prosesinə müraciət edə biləcəklər.

Proqramın parametrlərinə görə, boşanma prossesində onlayn sənədləri doldurmaq üçün xidmətin təqdim etdiyi “nikah” düyməsinə basmaq kifayətdir. İstifadəçi öz məlumatlarını və həyat yoldaşının məlumatlarını daxil etdikdən sonra onları serverə göndərməlidir. Sonra “WeChat”  işi nəzərdən keçirərək məhkəmənin tarixini qeyd edəcək.

Hazırda funksiya Gangdong vilayətinin istifadəçiləri üçün sınaqdan keçirilir. Lakin tezliklə bütün Çin vətəndaşları “WeChat” vasitəsilə boşana biləcəklər.


loading...