Android istifadəçiləri üçün yenilik

Android istifadəçiləri üçün yenilik

İnternet brauzerləri arasındakı rəqabət istifadəçilərə yeni imkanlar qazandırıb.

XƏBƏRÇİ.AZ Metbuat.az - a istinadən xəbər verir ki, "Chrome" və "Firefox"un ardından Android istifadəçiləri üçün "Opera" proqramı da yenilənib."Play Store"də yayımlanan tənzimlənmə ilə "Opera"ya tema dəstəyi əlavə edilib. Bu temalar arasında; aydınlıq, qaranlıq, qara və klassik yer alır. Qara tema xüsusilə, "OLED" və "AMOLED" ekrana sahib Android telefonlarda batereyaya qənaət edəcək.

Opera artıq "QR" kodları (“Quick Response” (“tez cavab”)) dəstəkləyir. Proqramda "QR" düyməsinə basaraq kodları oxuda və internet saytlara asanlıqla daxil ola bilərsiniz.


loading...