WhatsApp-dan növbəti yenilik

WhatsApp-dan növbəti yenilik

XƏBƏRÇİ.AZ məlumat verir ki, məşhur mesajlaşma tətbiqi “WhatsApp” qrup söhbətləri ilə bağlı daha bir yeni funksiya təqdim edib.

Belə ki, bundan sonra qrup idarəçiləri qrup məlumatının altına qrupun yaranma məqsədini yaza biləcəklər. Bundan başqa qrup söhbətlərindən uzun müddət ayrı qalan istifadəçilər özlərindən bəhs olunan mesajları asanlıqla tapa biləcəklər. Bunun üçün söhbətin sağ alt küncündəki “@” işarəsinə basmaq kifayət edəcək.

Təqdim olunan yeni funksiyaya görə qrup idarəçiləri, qrup üzvlərinin qrupun şəklini və adını dəyişməsi ilə bağlı məhdudiyyətlər qoya biləcəklər. Son olaraq qrupu yaradanlar qrupdan çıxarıla bilməyəcəklər. Mütəxəssislər istifadəçilərin çıxdıqları qrupa təkrar əlavə olunmasının da qarşısını alacaq müdafiə sistemi yaratdıqlarını bildirib.


loading...