Qadın boksçu üz-üzə durduğu rəqibinin dodağından öpdü - VİDEO

Qadın boksçu üz-üzə durduğu rəqibinin dodağından öpdü - VİDEO

İsveçli qadın boksçu Mikaela Lauren rəqibi norveçli Sesiliya Brekhusu baxış dueli zamanı dodağından öpüb. Xəbərçi.az bildirir ki, 36 yaşlı çempion ona qarşı edilən hərəkətdən çox təəccüblənib və 41 yaşlı Mikaelaya yüngül şillə və gülüşlə cavab verib. İkinci yarım-orta çəkidə Ümumdünya Boks Şurası (WBC), Ümumdünya Boks Assosiasiyası (WBA), Beynəlxalq Boks Federasiyası (IBF) və Ümumdünya Boks Təşkilatı (WBO) versiyaları üzrə döyüş oktyabrın 21-də Norveçin Stokk şəhərində keçiriləcək.

Qeyd edək ki, hazırda sadalanan bütün titulların sahibi Brekhusdur.

 Sözügedən görüntüləri təqdim edirik.


loading...