Dünyanın ən xoşbəxt ölkələri - Azərbaycan da onların arasındadır

Dünyanın ən xoşbəxt ölkələri - Azərbaycan da onların arasındadır

BMT-nin "Davamlı inkişaf həlləri” şəbəkəsinin hesabıtına görə dünyanın ən xoşbəxt ölkələrinin siyahısı açıqlanıb. 

Xəbərçi.az qafqazinfo.az-a istinadən məlumat verir ki, siyahıya Finlandiya liderlik edir. Onun arxasınca isə Norveç, Danimarka kimi ölkələr gəlib.

156 ölkə içərisində Azərbaycan 87-ci yerdə qərarlaşıb. Türkiyə isə siyahının 74-cü yerindədir.

Ən bədbəxt ölkələrin siyahısında isə Burundi ölkəsi zirvədədi. Siyahının növbəti pillələrini isə Afrika ölkələri tutub.

Xoşbəxtlik səviyyəsini müəyyən etmək üçün adambaşına düşən ümumi daxili məhsul, mühüm qərarları seçmək azadlığı, sağlam həyat yaşamaq, korrupsiya kimi kriteriyalar dəyərləndirilib.


loading...