Azərbaycanlı məmur övladlarının şəxsi biznesləri - SİYAHI

Azərbaycanlı məmur övladlarının şəxsi biznesləri - SİYAHI

Azərbaycanlı məmurların həyatı həmişə sada xalqa maraqlı olub. Sosial şəbəkələrdə gündəlik həyat tərzini nümayiş etdirən məmur uşaqları istər paylaşımları, istərsə də şəxsi biznesləri, sənətləri ilə diqqət mərkəzindədir.

Xəbərçi.az xanim.az-a istinadən azərbaycanlı məmurların övladlarının bilmədiyiniz biznesləri, sənətləri haqqında məlumatı təqdim edir:

Azərbaycanlı məmurların övladlarının şəxsi biznesləri - SİYAHI+FOTOLAR

Filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın həqiqi üzvü Nərgiz Paşayevanın qızı Ülviyyə Rəhmanova buro247.az saytının baş redaktorudur.

Azərbaycanlı məmurların övladlarının şəxsi biznesləri - SİYAHI+FOTOLAR

Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Aysel Şükürova öz işini qurub desək yanılmarıq. Sosial şəbəkədə fəallığı ilə seçilən Aysel xanım qısa zamanda izləyicilərinin sevgisini qazana bilib. O, həm blogger kimi fəalliyət göstərir, həm də ki gözəllik salonunun sahibidir.

Azərbaycanlı məmurların övladlarının şəxsi biznesləri - SİYAHI+FOTOLAR

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu idmanla məşqul olmağı sevən Aynar Məmmədov da öz işini quranlardandır. O, "Mən biznesmen deyiləm, dövlət qulluqçusuyam. Amma çox vaxt məni hər-hansı bir biznes fəaliyyəti olan bir gənc kimi təqdim edirlər. Amma bu doğru deyil. Biznes fəaliyyətim var. Amma bu mənim bisnesmen olduğumu göstərmir" açıqlaması ilə diqqət çəkmişdi.

Azərbaycanlı məmurların övladlarının şəxsi biznesləri - SİYAHI+FOTOLAR

Baş nazirin birinci müavini Elçin Əfəndiyevin qızı Günay Əfəndiyeva Azərbaycan Tibb İnstitutunun qırmızı diplomlu məzunu olub. Az bir müddətdə ixtisası üzrə işləyən G.Əfəndiyeva sonra Türkiyədə diplomatik fəaliyyətə başlayıb. Belə ki, o, 2004-cü ildə Azərbaycan Respublikasının İstanbuldakı konsulluğunda işə qəbul edilib və bununla da Günay Əfəndiyevanın diplomat karyerası başlayıb. Daha sonra o, diplomatik fəaliyyətini Azərbaycanda davam etdirib. Belə ki, o, İstanbuldakı faəliyyətini başa vurub Bakıya qayıdandan sonra YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsinə təyin olunub. 
G.Əfəndiyeva hazırda da bu postda - YUNESKO üzrə Azərbaycanın Milli Komissiyasının birinci katibi olaraq çalışmaqdadır. 

Azərbaycanlı məmurların övladlarının şəxsi biznesləri - SİYAHI+FOTOLAR

Səhiyyə naziri Oqtay Şirəliyevin jurnalist qızı - Nərgiz Şirəliyeva 2013-cü ilin fevralından Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postunu da tutur. 

Ziya Məmmədovun qızı Nigar xanım Konservatoriyanı bitirib, mədəniyyət sahəsində çaılışır.

Azərbaycanlı məmurların övladlarının şəxsi biznesləri - SİYAHI+FOTOLAR

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev-Azərbaycan Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini təyin olunub. Elə həmin ilin iyulunda Teymur Mehdiyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Azərbaycanlı məmurların övladlarının şəxsi biznesləri - SİYAHI+FOTOLAR
Azərbaycana 10 il rəhbərlik etmiş Vəli Axundovun nəvəsi Sara Əliyeva dizayner kimi fəaliyyət göstərir. Onun fəaliyyətdə olan otelyesi də var.


loading...