Bakı metrosunda sərnişinləri sürpriz gözləyir -

Bakı metrosunda sərnişinləri sürpriz gözləyir -

Yeni ilin gəlişi əlaqədar Bakı Metropoliteni tərəfindən sərnişinləri, xüsusən də uşaqları bol hədiyyələr və digər sürprizlər gözləyir.

Xəbərçi.az məlumat verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, Yeni ilin gəlişi ilə əlaqədar artıq metronun "İçərişəhər", "28 May", "Elmlər Akademiyası", "Memar Əcəmi" və "Koroğlu" stansiyalarında küknar (yolka) ağacları da quraşdırılıb. Buna baxmayaraq, bayram ab-havası bütün stansiyalarda hiss ediləcək.

 


loading...