Sevdiyiniz insanı seçərkən bu amillərə diqqət yetirin - Psixoloq məsləhəti

Sevdiyiniz insanı seçərkən bu amillərə diqqət yetirin - Psixoloq məsləhəti

Görəsən həyatımdakı insan doğru insandırmı? Aşiq olduğunuz insan həqiqətən axtardığınız insandırmı?  

Təəssüf ki, münasibətlərin bir çoxunda insanlar yanlış insana aşiq ola bilirlər. Bu səbəbdən də tez-tez ciddi problemlər yaşana bilməkdədir. Bəs yanlış insana aşiq olduğunuzu necə anlaya bilərsiniz?  

1. Daha çox səy göstərən tərəf sizsiniz. Zaman keçdikcə, münasibətiniz üçün bir şeylər etməyi daha çox istəyən, səy göstərən tərəfin siz olduğunu hiss etməyə başlayarsınız. Qarşı tərəf isə sadəcə öz həyatı ilə məşğuldur.  

2. Sizi israf edərlər. Nə qədər sevgi dolu, enerji dolu olsanız belə, bu insanlar sizin enerjinizi sorar və sizi stressli bir insana çevirərlər.  

3. Onu sevdiyiniz insanlarla görüşdürə bilmirsiniz. Sizin əhvalınızı yüksəldən, xoşbəxt edən insanlarla görüşərkən onu yanınızda gətirmək istəməzsiniz. Çünki enerjisizliyi və neqativ aurasıyla atmosferin kefini qaçıracağını düşünürsünüz.  

4. Sıxıcıdırlar. Münasibətinizin həyəcanı azaldığı anlarda bu insanlar qarşısına bir fürsət çıxsa belə, sevginizi yenidən canlandırmaq adına bir addım atmazlar.  

5. Gələcək planları qura bilməzsiniz. Bərabər olduğunuz müddətdə onunla heç cür gələcəyə dair planlarınızı danışa bilməzsiniz. Mövzunu açdığınız zaman dərhal mövzunu dəyişərlər, bu onların qorxduğuna və sizinlə bir gələcək xəyal etmədiyinə işarədir.  

6. Özünüzü daim müdafiə etməyə məruz qalırsınız. Əgər özünüzü aşiq olduğunu insana qarşı daim müdafiə etmək vəziyyətində hiss edirsinizsə, böyük ehtimalla yanlış insana aşiq olmusunuz. Özünüzü sevdiyinizə qarşı müdafiə etmək məcburiyyətində qalmamalısınız, daim ondan dəstək aldığınızı hiss etməlisiniz.  

7. Gələcək görə bilməzsiniz. Bu ən açıq işarədir. Daim o insanın işlərinin irəliləyib-irəliləməyəcəyini düşünürsünüz. Demək ki, münasibətinizi süzgəcdən keçirməyinizin vaxtıdır. Digər bütün maddələri də nəzərdən keçirib sağlam bir qərar verməyiniz lazımdır. Bütün bu oxuduğunuz maddələrə rəğmən, göstərdiyiniz səylərə rəğmən bir nəticə əldə edə bilmirsinizsə, bir psixoloq dəstəyi almaqda fayda var. Çünki uğursuz bir münasibət insan həyatının istənilən sahəsinə öz mənfi təsirini göstərə bilir.  

Psixoloq Sabina Bayramova


loading...