Türkiyədə təhsil alan kardioloq: "Azərbaycana gələndən reseptlərdən dərman sayını azaldıram"

Türkiyədə təhsil alan kardioloq: "Azərbaycana gələndən reseptlərdən dərman sayını azaldıram"

Türkiyədə təhsil alan, amma hal- hazırda Azərbaycanda fəaliyyət göstərən Mediland hospitalda çalışan uzman-kardioloq Rəşad Hüseynov XƏBƏRÇİ.AZ - a müsahibə verib. Sözügedən müsahibəni sizə təqdim edirik:

-Niyə təhsil üçün məhz Türkiyəni seçdiz? 

- İstanbul Universitetinə qəbul proqramı var idi, o proqram çərçivəsində ora yollandım. Özüm uzman kardioloqam. Ürək çatışmazlığı, hipertansion, ürək qapağ problemi olan xəstələri müayinə və müalicəsi ,həm də ürək-damar problemi olan xəstələrin müayinə-müalicəsini və ürək əməliyyatlarını həyata keçiririk. Əvvəl ürək-damar problemi olan xəstələr açıq əməliyyat olunurdusa, indi xəstələrin 3- 5 faizini əməliyyat edirik. Əksəriyyətinin müalicəsi mümkündü.


-Rəşad doktor bizdəki bəzi həkimlər hansısa firmalarla çalışır və ya xəstəyə çox saylı dərman yazmağa üstünlük verir. Bəs siz nə edirsiz?


-Mən Azərbaycana gələndən bəri dərman yazmaqdan daha çox, dərman kəsməklə məşğulam. Dediyinizdə həqiqət var, bizdə dərmanlara,həm də firma mənşəlli dərmanlara üstünlük verən həkimlərimiz var. Təcrübəmdə çox görürəm reseptlərin hər iki üzü dərman adı ilə dolu olur. Xəstə gəlir və reseptində 20- 30 dərman adı ... 4 – 5 xəstəni toplasaq bəlkə də bir aptek açmaq olar. Bu hal yolverilməzdi. Mən 2-3 dərman yaza bilərəm ondan artıq yox ... nəticə də gözönündə olur. 


-Rəşad doktor bəzən ürək ağrısı başqa nahiyyəyə ağrı verir. Bu zaman necə bilək həqiqətən ürəyimiz ağrıyır?


-Ürək ağrıları daha çox biz gördüyümüz ürək-damar xəstəliklərində olan problemlərdir. Bu ağrılar daha çox yol yeriməklə və yaxud emosional stresslə birlikdə tipik olaraq döş qəfəsinin arxa nahiyəsində sıxıcı tərzdə olan, bəzən hər iki qola, mədəyə, çiyinə, kürəyə, çənəyə yayılan ağrılardır. Gecə və yaxud gün ərzində infakt keçirən xəstələrin hamsında müraciət etdikdə “bizdə doktor 1 aydı belə ağrılar olurdu ,bu gün keçmədi ağrım ona görə gəldim” - deyirlər. Amma xəstə infakt xəstəliyi ilə müraciət edir və infakt xəstəliyi xəstəxanaya ulaşa bilən xəstə sayının yarısıdır. Bu zaman isə 100 xəstədən 50- si təəssüf həyatını itirir.


loading...