Ramazanda necə qidalanmalı?

Ramazanda necə qidalanmalı?

Oruc tutmağın insan orqanizmi üçün faydalı olduğunu bilsək də, nələrin bu müddətdə bizə ziyanı ola biləcəyindən bəzilərimiz xəbərsizik.

XƏBƏRÇİ.AZ  oruc tutanlar üçün nəyin ziyanlı, nəyin xeyirli olması ilə bağlı bəzi məsləhətləri təqdim edir.

Ani mədə gərginliyi, təzyiq yüksəlməsi kimi narahatlıqlarla üzləşmək istəmirsinizsə, iftar və sahurda çox yeməyin. Həddən artıq yağlı, duzlu və şirin qidalardan uzaq durun. Yanlış qidalanma Ramazanda sağlamlığınıza ziyan vura bilər. İftar və sahurda həzmi asan olan və mədə-bağırsaq sistemində uzun müddət qala bilən lif və selülozla zəngin meyvə-tərəvəzlərdən, ətli və ya ətsiz çox yağlı olmayan göyərti xörəklərindən, qatıq və kəpəkli çörəkdən istifadə edin. Qızartma yeməklər yeməyin. 

İftara şorba ilə başlamaq, bağırsaq problemi olanların isə şorbalarına kəpəkli çörək əlavə etmələri məsləhətdir. 

Məlumdur ki, oruc tutduqda nəinki mədə, bütünlüklə orqanizm tullantılardan təmizlənərək bir ay dincəlir. Boş qalan mədəni birdən-birə yeməklə yüklədikdə mədə gərginliyinə gətirib çıxarır. Belə narahatlıqların baş verməməsi üçün iftardan sonra az-az, fasilələrlə yemək və yeyilən qidanı yaxşıca çeynəmək lazımdır. Bundan başqa, iftarla sahur arasında ən azı 1,5 litr su içilməlidir. 

Qeyd edək ki, sahura qalxmadan oruc tutmaq orqanizm üçün ən ağır zərbədir. Belə vəziyyətdə baş ağrısı, halsızlıq kimi narahatlıqlar meydana çıxır. Sahurda bol maye qəbul edilməsi və meyvə yeyilməsi orqanizm üçün çox faydalıdır. Oruc tutduqda zəifləməmək üçün mütləq sahura qalxmaq vacibdir.


loading...