Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı var - SƏBƏB

Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı var - SƏBƏB

Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı var.  

Xəbərçi.az trend-ə istinadən məlumat verir ki, bunu Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov deyib.  

O qeyd edib ki, son illərdə talassemiya xəstələrinin sayında artım məhz daşıyıcıların ailə qurması ilə əlaqədar olub: "Hazırda ölkədə 3105 irsi qan xəstələri, o cümlədən talassemiya xəstələri qeydiyyatdadır. Son dövrlərdə nikaha daxil olmaq istəyən şəxslərin müayinəsi nəticəsində talassemiya daşıyıcısı olan körpələrin doğulması halları azalıb".  

V.Hüseynov görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin yaşının artdığını bildirib: "Hazırda xəstələrin böyük əksəriyyəti 20 yaşdan yuxarı hesab olunurlar. Yeni doğulanları da nəzərə alaraq, Mərkəzdə hazırda 18 yaşa qədər qeydiyyatda olan təxminən 1000-ə yaxın xəstə var".  

Mərkəzin direktoru əlavə edib ki, 2013-cü ildən indiyədək Mərkəzdə 55 xəstə üzərində sümük iliyinin transplantasiyası əməliyyatı həyata keçirilib: "Onların əksəriyyəti, təxminən 43-45 nəfəri irsi qan və talassemiya xəstəsi olub. Cari ilin sonunadək 10 talassemiya xəstəsinə bu əməliyyatın olunması planlaşdırılır".


loading...