Şəbnəm xəstə uşağa 5 min dollar köməklik etdi/

Şəbnəm xəstə uşağa 5 min dollar köməklik etdi/

Tanınmış müğənni Şəbnəm Tovuzlunun təşəbbüskarlığı ilə leykoz xəstəsi olan uşağa köməklik edilib.

Xəbərçi.az bildirir ki, müalicəsi üçün 11 min dollar lazım olan uşağın anası sosial şəbəkədə paylaşım etməsi üçün müğənni xanıma müraciət edib. Şəbnəm Tovuzlu isə həyat yoldaşı ilə məsləhətləşib və 5 min dollar dəyərində xəstə uşağa yardım edilib.

Məbləğin digər qismini toplamaq üçün xeyriyyə tədbiri keçirilib. Tədbirdə 40-dan çox sənət adamları iştirak ediblər. 100-200 manat arası uşağa yardım edən sənət adamlarının köməyi ilə məbləğ tamamlanıb. Uşağın valideynləri Şəbnəm Tovuzluya təşəkkür ediblər, ailəsinə duaçı olublar. Xeyriyyə tədbirinin informasiya dəstəkçisi Xəbərçi.az (xeberchi.az) saytı idi.


loading...