Xərçəngin müalicəsi gizlədilir - ŞOK İDDİA

Xərçəngin müalicəsi gizlədilir - ŞOK İDDİA

Türkiyənin məşhur fitoterapevti Dr.İsmail Sekman xərçəng xəstəliyinin müalicəsinin olduğunu açıqlayıb.

Xəbərçi.az modern.az-a istinadən məlumat verir ki, həkimin sözlərin görə, dünyada ən ölümcül xəstəliklərin başında gələn xərçəngin müalicəsi gizlədilir:

"Xərçəngin müalicəsi var.1920-ci ildə amerikalı həkim Royall Rıfe xərçəngin səbəbinin virus olduğunu aşkara çıxarıb. Öz ixtira etdiyi cihazla bu hüceyrələrə siqnal yollayaraq, onları tamamilə məhv edib.Kəşfini dövlətə təqdim etsə də, məhkəməyə verilib. Nəticədə labarotoriyası yandırılıb və bu kəşf ört-basdır edilib.Bu gün dərman firmaları istəsə, dünyada bir dənə də olsun xərçəng xəstəsi qalmaz. Çünki işin içində trilyon dollarlar var. Bu gün xəstəliyi müalicə etsələr xəstəxanalar boş, həkimlər isə işsiz qalacaq. Dərman firmaları da bağlanacaq. Təəssüf ki, sistem bunu tələb edir”.

Həkim İsraildə xərçəng xəstəliyinin olmaması fikirlərinə də aydınlıq gətirib:

"İsraildə xərçəng xəstəliyi var, amma digər ölkələrə nisbətən daha azdır. Çünki onlar "Fast food” qidaları qəbul etmirlər. İstifadə etdikləri suların enerjisi var. Saqqız çeynəmirlər. İnsan ürəyi hər döyündüyündə bütün hüceyrələrə milyonlarla siqnal göndərir və necə işləməsi gərəkdiyi mövzusunda əmrlər verir. Saqqızların içindəki titanyum dioksit adlı maddə bu əmrləri əngəlləyir və nəticədə xərçəng meydana gəlir”.


loading...