Məşhurların sevimli kosmetolou sirri açdı: "Damla, Şəbnəm, Rəqsanənin qızı ..." -

Məşhurların sevimli kosmetolou sirri açdı: "Damla, Şəbnəm, Rəqsanənin qızı ..." -

Azərbaycanlı məşhurların sevilən kosmetoloqu Aytac Əsədova ilə görüşdük. İşgüzar xanım yenə iş başında idi. Üzündə çox ciddi problemlər yaranan jurnalist Əfruzə Ağayevanın müalicəsi ilə məşğul olan zaman Aytac xanım həm də suallarımızı cavabladı:

- Xanımın üzündə nə problem var ?

-  Əfruzə xanım özü də bildirdi ki, bir neçə gün öncə iyrəndiyi üçün üzündə bu kimi problemlər əmələ əlib. Səpgiləri müalicə edirəm. Üzü 3-4 seansa tam sağalacaq. Təbii ki, üzdə səpgilərin yaranması gözəlliyə xələl gətirməklə yanaşı xanımlarda narahatlıq da yaradır. Əlbəttə ki, səpgilərin yaranma səbəblərini və ondan xilas olmağın yollarını öyrənmək heç də pis olmazdı.  Üzdə olan civzə və aknelərin əmələ gəlməsi periodik xarakter daşısa da, xırda səpgilər çox vaxt qəflətən və gözlənilmədən yaranır. Axşam təmiz və hamar olan dəridə səhər çoxlu xırda səpgilər yarana bilər.     Xırda səpgilərin əmələ gəlməsi bir sıra səbəblərlə əlaqədar ola bilər:  - Mədə-bağırsaq sisteminin pozulması: qəbizlik, bağırsaqların atoniyası;  - Allergiya: mövsümlə əlaqədar olaraq çiçək tozu, günəş şüaları, toz və digər yaz-payız faktorlarına qarşı həssaslığın artması;  - Dəriyə qeyri-düzgün qulluq: kosmetik vasitələrin uzun müddət üzdə qalması, dərinin təmiz yuyulmaması, yeni istifadə olunan hər hansı vasitəyə qarşı reaksiya;  - Dəri parazitləri: demodeksin – dəri məsamələrində yaşayan gənənin aktivləşməsi;  - Orqanizmdə baş verən hormonal dəyişikliklər: yeniyetməlik, hamiləlik, klimaks və cinsi həyatda uzunmüddətli fasilə;  - Bəzi dərman preparatlarının qəbulu;  - Bəzi qida növləri (ekzotik və sitrus meyvələri, moruq, yerkökü və s.), keyfiyyətsiz, həddən artıq şirin və yağlı qida qəbulu;  - Dərinin infeksion xəstəlikləri;  - Güclü stress

- Aytac xanım neçə ildir bu sahədəsiniz?

- Artıq 9 il olacaq.

- Tanınmış şairə Nazilə Səfərli ilə olan videonuza baxdım, Nazilə xanım demişkən, indiki kosmetoloqların əksəriyyəti özləri də bilmir ki, necə və niyə iynə vururlar. Əksəriyyətinin təhsili yoxdur, bəs sizin tibbi təhsiliniz varmı?

- Əlbəttə, tibbi təhsilim var, həkimliyi bitirmişəm.

- Təbii ki, hər işin peşəkarı olmaq yaxşıdır. Bəs həkim olmayıb bu işlə məşğul olan kosmetoloqlara necə baxırsınız?

- Mən sizinlə çox razıyam. İşinin peşəkarı olmaq mütləqdir. Misal üçün, tibbi savadı olmayan bir insanın əlinə iynə almağı belə düzgün deyil. Tibb kollecini bitirənlər arasında savadı və çox gözəl əl qabiliyyəti olanlar var, hansı ki, qapılarına patsientlər düzülür. Amma ali təhsilli, universitet bitirən həkimlər də  var ki, sahəsi üzrə heç nə bilmir, qapısını döyən də yoxdur. Belə şeylər də olur. Ona görə də, hər şey savaddan asılıdır. Ola bilər ki, bir həkim Tibb Universitetini yox, kollecini bitirib, amma gördüyü işlər daha gözəldir, nailiyyətləri daha çoxdur.

- Təhsil bu sahədə nə qədər vacibdir?

- 90% vacibdir. Çünki biz insanların siması ilə işləyirik. Üz elə bir şeydir ki, biz həkim olaraq, oradakı sinirləri, toxumaları və bu kimi kiçik şeylərinyerini tam dəqiq bilməliyik.

- Heç olubmu, qapınıza gəlib deyiblər ki, bu nə iynədir vurmusan üzümə, başıma və s.?

- Bilirsiniz, bir həkimin əl işini hamı bəyənə bilməz. Amma, həqiqətən də, belə bir şey olmayıb. Azdan-çoxdan instaqram səhifəmə yazılan rəylərdən də aydın olur. Pis, yaxşı heç bir rəyi silmirəm və şərh bölümünü bağlamıram. 

- Məhz sizə xanımlarımız qış aylarında ən çox hansı problemlə müraciət edirlər?

- Bu mövsümdə qadınların problemləri, əsasən,  yaz-yay aylarından qalma günəş  ləkələri olur. Çünki, həmin ləkələri təmizləmək aprel ayından sonra mümkün deyil. Bu səbəbdən, hal-hazırda Azərbaycanda xanımlar ən çox bu problemlə müraciət edirlər.

- Kosmetoloq olaraq daha hansı işləri görürsünüz?

- Üz xəstəliklərinin müalicəsi, saç tökülmələrinin qarşısının alınması, üz dolğuları, üz plastikası, mezoterapiyalar, üzə qulluq, bir sözlə bütün inyeksiya (dəri altına iynə ilə dərman yeritmə - red), sap proseslərinin hamısını edirəm. Kosmetologiyaya aid olan hər bir şeyi bacarıram.

- Bir çox məşhurları sizi reklam edərkən görürük. Düzdür, biri var yanına gəlməyib reklam etsinlər, amma videolardan da görünür ki, yanınıza gələn məşhurlara bütün prosesləri siz özünüz edirsiniz. Hansı məşhurlar üzü sizin əl işinizdir?

- Bilirsiniz ki, məşhurlarla işləmək bir az çətindir. Çünki onlar bizim simamızdır. Məşhurlara tətbiq edilən hansısa prosesin  azacıq əks təsiri olsa, bunu həmı biləcək. Məşhurlardan Şəbnəm Tovuzlu, Nazilə Səfərli, Damla xanım, Afaq Aslan,  Aysun İsmayılova, Nara Alisoy, Humay Muxtarova, Nigar Moradi demək olar ki, çoxu mənim patsientlərimdir. 

- Üzdə gənə və bu kimi başqa problemlərin də  müalicəsini edirsinizmi?

- Bəli, üz xəstəliklərinin hamısının müalicəsini edirəm. İstər gənə, istər akne və bu kimi istənilən problemlər ...

- Amma bəziləri deyir ki, gənə, akne kimi xəstəliklər üçün dəri-zöhrəvi klinikasında çalışan həkimlərə müraciət etmək lazımdır. Kosmetoloqlar bu xəstəlikləri sağalda bilməzlər.

- Biz həm kosmetoloq, həm də dermotoloq sayılırıq. Biz də həkimik, biz də bu xəstəlikləri sağalda bilərik. Bunu heç bir fərqi yoxdur, dermotoloq olsun və ya kosmetoloq.

- Heç olub ki, hansısa həkimlə mübahisəniz yaranıb?

- Şükür Allaha, olmayıb. Dava-dalaşdan uzaq adamam.

- Özünüzü peşəkar kosmetoloq hesab edirsiniz? Burada mənəm, Bağdadda kor xəlifə deyirsinizmi?

-  Özümü peşəkar hesab edirəm,  amma o məsəli işlədə bilmərəm. Çünki bizim sahəmiz elə bir sahədir ki, ömrümüzün sonuna qədər öyrənməliyik. Geniş bir sahə olduğu üçün, hər dəfə yeniliklər yaranır. Əgər mən öz sinəmə döyüb desəm ki, artıq mən hər şeyi bacarıram, onda mən öz üzərimdə çalışmayacağam, arxayınlıq yaranacaq. Həm özündən razı insan olmaq lazım deyil. Əsas peşəkar olmaq və yanına gələnləri razı salmaqdır.

- Maşallah, otağınız sertifikatlarla doludur. Saxta deyillər ?

- (gülür-red) Əlbəttə, xeyr. Niyə kimisə aldadaq ? İstanbulda təhsil almışam. Bilirsiniz ki, İstanbulda savadı olmayan insanlara saxta sertifikat verilmir. Buna görə də, sertifikatlarım bacarığımın sübutudur. “Qazi Osman Paşa”, “Nişantaşı İstanbul Cərrahi” xəstəxanalarında təhsil almışam, Batumidə seminarlarda iştirak etmişəm. İnşallah, növbəti aylarda Barjomidə keçiriləcək dünyanın ən tanınmış kosmetoloqlarının toplaşacağı seminarda iştirak edəcəyəm.

- Öyrəndiklərinizi kimlərəsə öyrədirsinizmi? Seminarlarınız olurmu?

- Bəli, seminarlar keçirəm, amma tibbi savadı olan insanlara... Tibbi savadı olmayanlara sertifikat vermirəm.

- Bəzən olur ki, kosmetoloqlar seminar keçirir, həvəsi olan istənilən şəxs o seminarda iştirak edir və onlar da həmin kəslərə sertifikat verirlər. Bu qanunvericiliklə də düzgün bir şey deyil. Belə həmkarlarınıza nə demək istəyərsiniz?

-  Hərə bir sahəni seçir, misal üçün, müəllimə gəlib kosmetoloq ola bilməz. Bu, mümkünsüz bir şeydir. Yenə də vurğulayıram ki, sima ilə işləmək çox çətin və məsuliyyətli bir şeydir. Ən azından, həmin seminarda iştirak edən şəxs, insan üzünün anatomiyasını bilməlidir.

- Qiymətləriniz necədir? Müraciət etmək istəyən xanımların büdcəsinə uyğun gəlirmi?

- Başqa mərkəzlərə baxanda, bizim qiymətlər hədsiz münasibdir. Və ən əsası, işimiz keyfiyyətlidir.

- Ümumiyyətlə kosmetoloqlar gördükləri işə zəmanət verirlər? Heç olurmu, müştərilər müraciət edib desinlər ki, zəmanət verməsəniz, pulumu qaytarmalısınız?

- Demək olar ki, həmişə müştərilər bu sözü deyir. Üz müalicəsinə, dolğulara, hətta lazer epilyasiyasına gələn müştərilər belə zəmanət istəyir. Elə preparat var ki, 1 illikdir, müştəri də 1 ilin zəmanətini tələb edir. 10 aya preparat ərisə, gəlib yaxamızdan yapışırlar ki, 1 il demişdiniz.

- Xanımlar hal-hazırda pilinqlərə çox müraciət edir. Pilinqlər nəyə xeyirdir, nə üçün edilməlidir, bu mövsümdə hansı pilinqlər məqsədəuyğundur, bu barədə ətraflı məlumat verərdiniz.

- Tanınmış pilinqlərdən biri karbon pilinqidir. Yeganə pilinqdir ki, üz dərisini soymur, məsamələri yığır, səthi ləkələri parçalayır, dəridə liftinq effekti yaradır, kollagen elastikliyini artırır. Ləkələr və çapıqlar üçün müraciət edən müştərilərə isə, dermapen məsləhət görürəm.  Bu zaman qan dəriyə iynə vasitəsilə yeridilir və dəri 3-4 gün ərzində qızarıb soyulur. İlk seansdan 20-30% effektini görmək mümkündür. Bu prosedur təqribən 5-6 seans edilir. Bundan başqa, sarı pilinq, empilinq kimi gözəl pilinqlər var. Karbon pilinq və empiliq bütün fəsillərdə uyğundur, amma digər pilinqlər mütləq qış mövsümündə edilməlidir. 

Plazmaterapiyada isə pasientdən aldığımız qanı tərkib hissələrə bölürük və trombositləri plazmada saxlayırıq. Müalicə olunacaq hissəyə yalnız qandan ayrılan trombositlər yeridilir. Trombositlər yenilənmə və bərpa funksiyasını öz üzərinə götürdüyü üçün şikayət edilən hissədə hüceyrələr aktivləşir, yenilənir və normal fəaloyuyətə qayıdır. Bildiyimiz kimi insan yaşlaşanda bir çox hüceyrələr funskiyasını itirir. Trambositlər isə hüceyrələri aktivləşdirdiyi üçün plazmaterapiyaya “cavanlıq eliksiri” deyilir”.

Əziz xanımlar siz də müraciət etmək istəsəniz: Əlaqə; 055 854 74 73 / 055 463 55 50

Ünvan: Nərimanov M.  Uşaq diş poliklinikası ilə üzbəüz AY VİP STUDİO


loading...