Azərbaycanda bu xəstəliklərlə bağlı ölüm halları ARTACAQ

Azərbaycanda bu xəstəliklərlə bağlı ölüm halları ARTACAQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2010-2020-ci illər ərzində Azərbaycanda Qeyri-infeksion xəstəliklər (QİX), o cümlədən ürək-damar və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15 faizədək artması gözlənilir.  

Xəbərçi.az trend-ə istinadən məlumat verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti şöbəsinin müdiri Nabil Seyidov Tütünlə Mübarizə üzrə IV Milli Konfransda çıxışı zamanı deyib.  

O bildirib ki, rəsmi statistikaya əsasən, ölkədə insan ölümünün əsas səbəbləri sırasında ilk yeri ürək-damar, ikinci yeri isə onkoloji xəstəliklər tutur: "2008-ci ildə aparılmış təhlillərə əsasən, Azərbaycanda bütün ölümlərin 87 faizi QİX-in payına düşür. Statistikanın təhlili göstərir ki, ürək-damar xəstəliklərindən ölənlərin sayı 51 faiz, xərçəng xəstəliyindən ölənlərin sayı isə 11 faizdir".   Mərkəz rəsmisi əlavə edib ki, ÜST-ün məlumatına görə, 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq: "Həmin halların 4/5 hissəsi aşağı və orta gəliri olan ölkələrdə (Azərbaycan orta gəlirlli ölkələrə aid edilir) baş verəcək. Bundan başqa, 2020-ci ilədək heç bir tədbir görülməsə, dünyada və Azərbaycanda bütün ölümlərdə QİX-in payı 73 faizədək artacaq".


loading...