Yeni il gecəsi bunları ETMƏYİN

Yeni il gecəsi bunları ETMƏYİN

Hər il 31 Dekabr gecəsi yeni ili qarşılarkən xüsusi hazırlanmış süfrədə bolluca yeyib içirik. Əksər vaxtlarda isə növbəti günə yuxusuzluq, halsızlıq, mədə ağrıları kimi bir sıra narahatlıqlarla oyanırıq. 

Xəbərçi.az Türkiyə mediasına istinadən sağlam yeni il menyusu üçün ipucları verən dieotoloq Gülşən Kadrinin məsləhətlərini təqdim edir:

Başlanğıc və əsas yeməklər

Başlanğıc üçün ən idealı şorbadır. Soyuq bir yeni il axşamında, yeməkdən öncə şorba ilə həm mədənizi, həm də ruhunuzu yeni il süfrəsinə hazırlamaq yaxşı bir başlanğıc olacaqdır. Ətli, yağlı, ağır bir şorba əvəzinə, tərəvəz şorbasına üstünlük verməlisiniz. Mövsüm tərəvəzlərindən hazırlanan salatlar mütləq süfrədə yer almalıdır. Qışda bol olan kələm, yerkökü, brokkoli, dirrik pərpərəni və gül kələm kimi tərəvəzlər istəyə görə çiy, qaynadılmış və ya sobada bişmiş olaraq istifadə edilə bilər. Bu salatlar doyma hissi yaradacaq və mədənizdə narahatlığa səbəb olmayacaqdır.

Olmasalar daha yaxşı olar!

Təbii ki, süfrələrin "olmasa olmaz"ları kimi, "olmasa daha yaxşı olar"ları da var. Düyü plovu, xəmir xörəkləri, qızartma və qovurmalar yeni il süfrəsindən mümkün qədər uzaq tutulmalıdır. Şirniyyat seçimində isə ağır və şərbətli şirniyyatlar əvəzinə, südlü və meyvəli olanlara üstünlük verilməlidir. 

Çərəz və meyvəni yeməkdən 1 saat sonraya saxlayın

Yeni il gecəsinin əvəzolunmazlarından biri də meyvə və çərəzlərdir. Çərəzlər yeməkdən 1 və ya 1 saat yarım sonra qarışıq şəkildə 1 ovuc yeyilməlidir. Meyvəni də yeməkdən 1 saat sonraya saxlamanız məsləhətdir. Mövsüm meyvələrindən istəyə görə 1 pors yeyə bilərsiniz.

Pors miqdarına DİQQƏT

Həmişə olduğu kimi, yeni il süfrəsində də ən vacib şey porsun miqdarıdır. Həddindən artıq yeməməyə diqqət edin. Mədənizdə yaranacaq ağırlıq hissi yeni il gecəsi yuxusuz qalmanıza səbəb ola bilər. 


loading...