"Elə insanlar var ki, həyat yoldaşıyla cinsi münasibətdən iyrənir və ..." - EKSTRASENS AQİLDƏN CADU İLƏ BAĞLI MÜSAHİBƏ

"Elə insanlar var ki, həyat yoldaşıyla cinsi münasibətdən iyrənir və ..." - EKSTRASENS AQİLDƏN CADU İLƏ BAĞLI MÜSAHİBƏ

Fəaliyyətini həm Azərbaycanda, həm də ki, Rusiyada davam etdirir. Özü üçün Azərbaycanın ən güclü və ən kaprizli ekstrasensiyəm deyə, açıqlama verib. 13 yaşından vergilidir. Dediyinə görə, magiya ilə bağlı bacarmadığı iş yoxdur. Ruhların köməyi ilə insan həyatını 70-80 faiz dəyişir. Söhbət  ekstrasens Aqil Məhərrəmovdan gedir. Xəbərçi.az ekstrasenslə müsahibəni təqdim edir:

- Fal gələcəyi göstərə bilirmi?

- Fal gələcəkdən müəyyən məqamlara hər hansı bir zaman çərçivəsində toxuna bilir . Deyərdim ki, bəli, göstərir. Amma daha uzağı, fal göstərə bilmir.

- Daha uzağı deyərkən... 

- Məsələn, 3-5 ayı fal göstərə bilirsə, amma ekstrasenslik daha uzun müddətdən xəbər verə bilir. 

- “Falçılar şeytanın qulluqçularıdır” - bu fikri astroloq Firuddin Qurbansoy səsləndirib. O deyir ki, “onlar (falçıları nəzərdə tutur-red) nəinki gələcəyi, heç indini də görə bilməzlər”. Firuddin bəy bildirir ki, astrologiyanın falçılıq, ekstrasensliklə qəti əlaqəsi yoxdur. Astroloqlar yalnız ulduzlarla işləyirlər. Bir sözlə, falçıları yalançı hesab edir. 

- Firuddin Qurbansoya hörmətim var. Mən onu ağıllı insan bilirəm. Firuddin müəllimə sual verərdim ki, astrologiyada “Natalnaya karta” var. Yəqin ki, onun da bu barədə kifayət qədər məlumatı var. Bəs astroloqlar onunla baxıb niyə proqnoz verirlər? Axı onlar da gələcək barədə proqnoz verirlər. O nə deməkdir ki, falçılıq yoxdur, gələcəyi deyə bilməzlər... O zaman mən də belə iddia edərəm ki, astroloqlar gələcəyi deyə bilməzlər. Hərə öz peşəsini təbliğ etsə daha yaxşı olar. Əslində heç bir şəxs digərinin işinə müdaxilə etməməlidir. 

- Bəs F. Qurbansoyun “falçılar şeytanın qulluqçularıdı” fikrinə münasibətiniz necədir? 

- Belə çıxır ki, o zaman birinci şeytana qulluq edənlər elə astroloqlar olub. Axı astrologiya falçılıqdan əvvəl meydana gəlib.

- Evdə cadu olub-olmadığını insan özü necə yoxlaya bilər?

- Bəli, evdə cadu olub-olmadığını hər kəs özü də yoxlaya bilər. Bunun üçün bizə tam dolu olmayan stəkanda su və 2-3 ədəd kibrit lazımdır. Yana-yana kibritləri stəkanın içərisinə atırsan. O kibritlər stəkanda suyun üzərində X vəziyyətində kəsişərlərsə deməli evdə ağır cadu var. Suyun üzərində bir-birinə toxunarlarsa deməli evdə nəfs, qarğış, bəd nəzər var. Əgər ayrı düşərlərsə, deməli o evdə əməl, cadu yoxdur. Əgər insan özündə, cadu olub-olmadığını yoxlamaq istəyirsə, iki əlini piramida şəklində içərisində su olan stəkan üzərində 10-15 dəqiqə tutmalıdır ki, əllərinin enerjisi suya hopsun. Əlini çəkdikdən sonra kibritləri eyni qaydada yana-yana o suyun içərisinə atırlar. Bunun üçün 2-3 kibrit kifayət edər. 

- Ötən müsahibələrinizdə güzgülərin mistik gücü ilə bağlı söylədiyiniz fikirlər oxucu marağına səbəb olmuşdur. Sosial şəbəkələrdə aparılan müzakirələr də, göstərdi ki, bu cür maarifləndirici fikirlərə ehtiyac var...

- Əslində düşünürəm ki, bunun üçün maarifləndirici seminarlar keçirilməlidir. Amma ölkəmizdə bununla bağlı qadağa var. Əgər icazə versəydilər, insanların 40-50 faizi belə seminarlar vasitəsilə kifayət qədər məlumatlı olardılar. Çünki bizim insanlar hər xırda məsələ üçün ektrasensə müraciət edirlər. Hər xırda məsələ üçün ekstrasensə müraciət etməyə dəyməz. 

- Bəs sizə belə bəsit məsələlər üçün müraciət edənlər olubmu? 

- İnsanlar çox təəssüf ki, psixoloqla ekstrasensi bəzən səhv salırlar. Hansısa problemə görə insanlar psixoloqa getməli olduğu halda, mənə müraciət edirlər. Özlərinə də demişəm ki, əslində siz psixoloqa müraciət etməli idiniz. Məsələn, elə insanlar var ki, sıxılır, tələsgəndir, kimisə düşünür, unuda bilmir, burada ekstrasens də ancaq psixoloji baxımdan kömək ola bilir. Çünki, bunun magiyaya heç bir aidiyyatı yoxdur. 

- Sosial şəbəkədən bir sual ünvanlanıb. Bir xanım deyir ki, ölkədə 90 faiz psixoloqların yanında olub. Həmin xanım əllərini davamlı yumasından, istənilən əşyaya toxunduqda iyrənməsindən narahatdır. Bu xanımda cadudur yoxsa ki, psixoloju durumunda problem var?

- 100 faiz cadudur. Elə insan olub ki, o doğma balasını qucağına götürməkdən iyrənib. Elə insanlar var ki, öz həyat yoldaşı ilə belə cinsi münasibətdən, yaxınlıqdan iyrənir. Bu dəhşət hadisədir. Mən belə bir adamı müalicə eləmişəm.  Bu cadudan daha çox Rusiyada istifadə edirlər. Bizdə ölünü yuduqda onun suyundan götürüb, bir müddət sonra o sudan cadu etmək üçün istifadə edirlər. Sonra o suyu gətirib qapı-bacaya səpirlər ki, o insana ölənin ruhu toxunsun. Bunun üçün də təbii ki, xüsusi qaydalar, metodlar var. 

- Bəs bu cadunu nə üçün edirlər? 

- İnsanın ölümü üçün etsələr də, insanı həmin cadu öldürmür. Sözügedən şəxsdə hər şeydən iyrənmək, əsəbləşmək, əzələlərin inkişafdan qalması, arıqlaması kimi hallar müşahidə olunur. Amma həmin insan ölmür. 

- Belə çıxır ki, bu psixoloji problem deyil? 

- Bəli, bundan ötrü boş yerə psixoloqa getməsinlər. 

- El arasında “qələm çəkmək” kimi belə bir söz var. Bunun bəs magiya ilə hər hansı bir əlaqəsi varmı?

- Mən müsəlmanların müsəlman magiyası ilə məşğul olmasını düzgün hesab etmirəm. Çünki, Quranda yazılan dualar müsəlmanların özlərinin oxuyub, şəfa tapması üçündür. Amma bunu mollalar yazıb, o qədər əlavələr edirlər ki, əbcəd təqvimi, əbcəd elmi deyilən bir şey var. Onlar Qurandakı duaları götürüb cədvələ salıblar. O cədvəl ilə cinləri müsəllət etmək, insanlara pislik etmək olur. Qurana əks işlərlə məşğul olurlar. Qələm çəkmək də müsəlmanlarda yox, ərəblərdə var. Bu ərəblərdən gəlmədir. Oradan İrana, İrandan da bizə gəlib çatıb. Qələm çəkməklə insana kömək etmək olmaz. Absurt fikirdi.

- Bəs siz necə, dualar oxuyursunuzmu? 

- Mən ritual magiya ilə məşğulam.

- Bu barədə daha ətraflı məlumat verərdiniz. 

- Ritual magiya yəni, hər hansı şamlar yandıraraq qan çıxardıb, qəbiristanlığa getməklə iş görürsən. Adi duanı yazıb, kiməsə vermirsən ki, bunu üstündə saxla yaxud yastığının altına qoy, yat. Belə bir əməl xristian dinində yoxdur. Mən işlədiyim magiya isə tez işə yarayır və problemi həll edir. Bu yaxınlarda məsələn, bir xanımın nişanı qayıdırdı. Gecədən səhər 6-ya kimi məsələ üzərində çalışdım, səhər barışdılar. Amma etiraf edim hər zaman problemlər belə tez həll olmur. Bu həmin problemdən və şəxslərin aurasından aslıdır.

- Yaxşı yadıma düşdü. Bəzən müsahibələrinizdə  gənc qızların ailə həyatındakı uğursuzluğunda magiyanın təsirindən danışırıq. Elə qızlar var ki, ailə qurmaq istəyir, amma bu onlarda alınmır, ərə getmə zamanları gecikir. Bəs bunun necə, magiya ilə əlaqəsi varmı?

- Bizim xanımlarımız əsasən qara paltarlara üstünlük verirlər. Qara rəng insanı boğur, ailə həyatı qurmasını uzadır, insanın energetikasını daha da söndürür. Qızların geyimdə seçdikləri rənglərin bu məsələdə rolu az deyil. Qırmızı cəlbedici, seksual rəngdir. Bir insanda cadu yoxdursa, o qadın al -əlvan geyimlərə üstünlük verməlidir ki, əks cinsdə maraq oyada bilsin, onların diqqətini çəkə bilsin. Çox təəssüf ki, bizim qadınlar qara rəngə çox üstünlük verirlər. Mənim yanıma gələn xanımlar var ki, onlara da deyirəm ki, mən də bir kişi kimi sizinlə evlənməyə maraq göstərməzdim. Bəlkə gedib imicinizi dəyişəsiniz... 

- Bəs ekstrasens, falçı qızı necə ərə verir? 

- Nə falçı, nə ekstrasens nikah idarəsində işləmir ki, qızı ərə versinlər. Onlar ancaq xanımın ailə qurması üçün  yollarını aça bilərlər. Bundan sonra xanımlar özləri tanış olub, ailə qururlar. 

- Yolunu açmaq necə olur? 

- Bu sirrdir, bu sirri də açmaq istəmirəm. 

- Bəlkə hansısa qızın ekstrasens yanına getmək üçün maddi imkanı yoxdur. Ev şəraitində özü yolunu açmaq üçün nə isə edə bilərmi?

- Hansısa qızın evdə özünün yolunu açması mümkün deyil. İnsan özü nələrsə etsə, bunun ziyanı ola bilər. Çünki nəyisə səhv edə bilər. Ən əsası isə ona bunun üçün xüsusi enerji, güc lazımdır. 

- Çox fala baxdırmaq insanın yolunu bağlayırmı? 

- Əgər falçı yanına gedib baxdırırsınızsa bəli. Ekstrasens yanına gedib, baxdırırsınızsa xeyir. Səbəbini də izah edim. Falçı öyrənir, ekstrasens yox. Çünki, falçılar bu işi öz rəfiqələrindən öyrənib baxcılığa başlayırlarsa bu qeyri peşəkarlıqdır və o baxdığı zaman deyilməsi lazım olmayan nəyisə deyə bilər. Bu zaman bu fakt həmin insan üçün  problem yaradır. 

- Mətbuatda son zamanlar falçılar, ekstrasenslərin insanları aldadaraq, külli-miqdarda pul aldıqları barədə məlumatlar yayılır. Bütün bunlar sizin işinizı necə təsir edir? Sizə olan inamı azaltmırmı?

-Yox, əslində mənim işimə heç bir xələl gətirmir. Çünki, insanlar özləri gəlib, gözlərinin şahidi olurlar. Bundan əlavə də, mən heç kəsdən külli-miqdarda pul tələb etməmişəm. Kimsə iddia edə bilməz ki, Aqil Məhərrəmov kimdənsə külli-miqdarda pul istəyib. Mən bəzən ekstrasensdə də, günah görmürəm. Əgər insan özü ekstrasensə külli məbləğdə pul verib, sonra nəticəsini görməyərək aldadıldığını başa düşürsə, bu artıq onun öz günahıdır. Heç kəs küçədə kiməsə yaxınlaşıb, bu məbləği tələb edə bilməz. Ona görə də, insan ondan bu qədər pul tələb edəndə fikirləşməlidir. Ağıllı olmalıdır. Ümumiyyətlə fırıldaqçının yanına niyə gedirsiz ki?!

- Bu həm də insanın düşdüyü vəziyyətdən istifadə etmək deyilmi ?

- Ümumiyyətlə küllü məbləğdə pul alıb iş görmək miqdarda qadağandır. 

- Magiya şərtini pozaraq insanın düşdüyü vəziyyətdən sui-isifadə edən falçını, ekstrasensi nə gözləyir? 

- Həmin insan get-gedə dəli ola bilər, öz canından, övladlarından ziyan çəkə bilər. Vergisini itirə, cinlər ona hücum edə bilər. Magiyada 10 qanun var. Bu qanunlara da əməl edilməlidir.  

- Siz o qanunların hamısını bilirsinizmi? Hansılardır onlar ? 

- Bəli əlbəttə bilirəm. Amma onları açıqlaya bilmərəm. Hər ekstrasens özü bilməlidir, bilmirsə də, öyrənsinməlidir. Ekstrasensin verdiyi söz və ekstrasensə verilən sözə ilk növbədə əməl olunmalıdır. Əgər əməl edilmirsə bunun cəzası var. 

- Mənə maraqlıdır ki, digər ekstrasenslər bunu bilirmi? 

- Məncə bilmirlər savadsızdırlar .... Ona görə də mən də, çox açıqlamıram ki, onlar bilsinlər. Necə ki, mən açıqlayandan sonra qurd yağınının əslində nə olduğunu bildilər və başladılar bu barədə danışmağa ...

- Falçılıq və cadugərlik arasındakı fərq nədir? 

- Fərqli-fərqli sahələrdir. Falçılıq öncəgörücülükdür. Hər falçı cadugər ola bilməz. Və hər falçı da magiya ilə məşğul ola bilməz. 

- Mən bilən siz qara qüvvələrlə işləmirsiz. Amma işləyənlər, bəxt bağlayanlar da var. Bəxti necə bağlayırlar ki? 

- Bir ananın öz övladının evlənməsi üçün yazdırdığı dua da, mollanın kiçik səhvinə görə, həmin qızın bəxtini bağlaya bilər. Çox vaxt falçılar insanları aldadırlar. Falçıya gedib bəxtinin bağlı olub-olmadığına baxdıran zaman yalandan həmin qıza bəxtinin bağlı olduğunu deyirlər. Əsasən qızın alt paltarından, saçından, dırnağından cadu edirlər. 

- Bəs deyirdiniz qara qüvvələrlə işləmirəm ...

- İşləmirəm o demək deyil ki, bilmirəm. Mən magiyanın adeptiyəm. Adept hər şeyi bilməlidir. 

- Belə çıxır ki, Aqil hər şeyi bilir? 

- Bəli, Aqil 80 faiz bilir. 

- Deyirlər qurd yağı insanı 6 aya öldürər ...

- Qurd yağı insanı bir həftəyə də öldürə bilər. Bir sirr də açım ki, qurd yağı ancaq yeyiləndə ağır nəticə verir. O da məzardakı qurdların yağıdır. Əgər canavarın yağı adı altında kimsə kiməsə qurd yağı satırlarsa buna aldanmayın!  

- Sizə vergi veriləndə olubmu ki, doğmalarınız sizə qarşı çıxıb?  

- O zaman elə bilirdilər ki, mən dəli olmuşam. Hətta məni anamla, xalam dəlixanaya da qoymaq istəyirdilər. Amma evdəkilərdən qorxurdular.

- Onları qorxudan cin idimi? 

- Mən heç vaxt cin, şeytanla işləməmişəm. 

- Sizi Rusiyada yoxsa Azərbaycanda daha çox tanıyırlar? 

- Daha çox Rusiyada.  

- Özünə bu qədər güvənən Aqil Məhərrəmovun reklama ehtiyacı varmı? 

 

- Yox, Aqil Məhərrəmovun insanları düz yola çəkməyə ehtiyacı var. Mən Azərbayacana ilk dəfə gələndə onu düşünürdüm ki, insanları yalançıların əlindən qurtarmağa ehtiyac var. O qədər tanınmaq fikrində deyiləm. Çünki, insanlar artıq bezmişdilər. Kimin yanına gedirdilərsə, aldanırdılar. 

- Sizinlə necə əlaqə yaratmaq olar? Azərbaycanda olacaqsınızmı?

- Hal hazırda Azərbaycandayam. Amma 1-2 həftəyə Rusiyaya gedəcəm. İnsanlarla, mənə ehtiyacı olanlarla hər zaman əlaqədə olacam. Bunun üçün köməkçim də var, hansı ki, həmin insanlarla məni əlaqələndirir.  

Aqil Məhərrəmovla əlaqə üçün : ( 055 ) 223 66 13

İnstagramda: @ekstrasens_agil_magarramov

 


loading...