“Ruhların köməyi ilə insan həyatını 70-80 faiz dəyişirəm” – Ekstrasens Aqil Məhərrəmov

“Ruhların köməyi ilə insan həyatını 70-80 faiz dəyişirəm” – Ekstrasens Aqil Məhərrəmov

"Ruhların köməyi ilə insan həyatını 70-80 faiz dəyişirəm” – Ekstrasens Aqil Məhərrəmov

Məşhur ekstrasens Aqil Məhərrəmovun Xəbərçi.az-a müsahibəsi:

"Sevginin özü elə bir magiyadır"

- Altıncı hiss və ya bəsirət gözü ?

- Bəsirət gözü insanda 6-cı hissyarandıqca açılmağa başlayır. Bəsirət gözü ilə 6-cı hiss arasında müəyyən cəhətdən məzmun baxımından eynilik var. Ancaq bəsirət gözü sırf bir problemlə həmin kəsə müraciət etdikdə, o sənə kömək edir. 6-cı hiss isə görücülükdür. Hansı ki, bu hisslə insan həyatının daha çox dərinliklərini baxıb görmək, keçmişini gələcəyini demək və hətta ona istənilən probleminin çözümü zamanı kömək etmək olar.

- Amma dediniz ki, fərqlilik var. Aqildə hansıdır? Bəsirət gözü, yoxsa 6-cı hiss?

- Məndə altıncı hissdir.

-Ancaq əksəriyyət deyir ki, altıncı hiss sadəcə intiusiyanın güclü olması deməkdir.

- Xeyr!İntiusiyası güclü olan insanda yavaş-yavaş 6-cı hiss açılır. Ancaq bunlar başqa-başqa şeylərdir. İntiusiyası güclü olan insan magiya ilə məşğul ola bilir ki? Ümumiyyətlə magiya nədir bilir ki?

-Yaxşı, bəs magiya nədir ki?

- Magiya dərin bir məfhumdur. Onu yaşamaq lazımdır.

- Oxuculara daha başadüşülən olması ilə bir cümlə ilə magiyanı necə izah etmək olar?

-Sevginin özü elə bir magiyadır. Gözlə görə bilmirsən, izahını verə bilmirsən, amma bilirsən ki var. Necə ki, bir insandan sevginin necə hiss olduğunu soruşsaq, hərə onu bir cür izah edəcək. Magiyada bax belə bir qüvvədir. Magiya mənim üçün yaşadığım həyatdır. Gözlə görünməyən, görünən hər şey magiyadır. Hər şeyi magiya idarə edir.Magiya insanı sağalda və ya öldürə bilər. Bir sözlə magiya insanı idarə edir.

-Bəs sizi kim idarə edir?

-Məni heç kəs... (gülür - red)

"Arxamda 40-dan çox ruh dayanır"

-Səhv etmirəmsə bir dəfə demişdiniz ki, məni ruhlar idarə edir...

-Yox, əksinə, mən ruhları idarə edirəm. Yetərincə bu işdə güc topladıqdan sonra bu işin dərinliklərini öyrənirsən. Bundan sonra əvvəl səni idarə edənləri sən idarə etməyə başlayırsan. Buna magiyada "adept" ( magiyanın daha dərinliyini bilən şəxs) deyirlər.

- Arxanızda neçə ruh var?

- Çoxdur. Arxamda 40-dan çox ruh dayanır.

- Neçə cin var?

- Cin yoxdur. Cinlərlə işləmirəm.

- Onlar sizlə işləmir, yoxsa siz onlara işləmirsiniz?

-Onlar məni seçə bilərlər, amma hələlik mənim onlara ehtiyacım yoxdur. Amma hər an cinlərlə də işləyə bilərəm, bu çox asandı. Amma mənim ruhlarım varsa, cinlərə ehtiyac yoxdur.

- Cinlərlə işləyən ekstrasenslər güclüdür, yoxsa ruhlarla? Onlar arasında hər hansı fərq varmı?

- Onlar arasında elə bir fərq yoxdur. Əsas odur ki, sən işini yaxşı biləsən, profesional olasan. Və təbii ki, işlədiyin varlıqlar səni idarə etməsin, sən onları idarə edəsən. Ruhlarla işlədikdə mən heç nədən qorxmuram. Çünki, bunun bədəli yoxdur. Cinlərlə işləyən hər kəsin isə bir bədəli var.Həyatında hər an nəsə pis hadisə baş verə bilər.

- Ruhlar sizə necə xidmət edir, sizin üçün hansı işləri görürlər?

- Məsələn, iki insanı qovuşdurmaq, yaxud ayırmaq... Amma mən ayırmıram...

- Guya heç olmayıbmı ayırasız kimisə bir-birindən?

- Mən heç kəsdən qorxmuram. Əgər belə bir iş görsəm bunu çəkinmədən mediaya da açıqlayaram. Kimisə kimdənsə ayırsam, kiminsə ölümünə cadu etsəm bunu utanmadan, çəkinmədən, qorxmadan açıqlayaram. Sadəcə pis işlər mənlik deyil.

- Bəlkə insanların təpkisindən qorxursunuz.

- Əsla ! Hər insan birinci öz gözündə budağı görsün, sonra gəlib mənim gözümdə çöp axtarsın.

"Təzə ölən insandan sadəcə iylənmiş ət iyi gəlir"

-Yaxşı belə deyək, indiyə kimi ruhlar sizin üçün hansı işləri görüb? (p.s qovuşdurmaq, ayırmaqdan başqa ...)

-Qovuşdurmaq, ayırmaq, uzaqdan gətirmək, barışdırmaq, əsirlikdən geri qaytarmaq, həbsdən xilas etmək və s. biznes məsələləri zamanı da ruhlardan kömək istəyirəm, amma ruhlardan maddi məsələlərdə kömək istəmirəm. Onlar mənəvi məsələlərdə kömək edə bilirlər. Ruhlar aləmində madiyyat deyilən bir şey yoxdur. Biznes isə, maddi məsələdir. Bir insanın ölüm səbəbini aydınlaşdırmağa da ruhlar kömək edir. Saymaqla bitməz ...

- Ölmüş insanların ruhlarını necə çağırırsınız?

- Ruhları çağırmağa ehtiyac yoxdur. Ölülərin şəkillərini əlimə alanda ruhları onsuzda həmin dəqiqə gəlir.

-Olubmu ki, sizə sağ insanın fotosunu ölü insan adı ilə verib aldadıblar ?

-Həmişə olur amma aldada bilməzlər. Bir insanın ölümündən çox keçibsə, şəklini əlinə alan zaman həmin şəxsin ruhu gəlib, dayanır gözümün qabağında, yox əgər təzərəhmətə gedən şəxsdirsə, o zaman onun ruhu gəlmir. Sadəcə iylənmiş ət iyi gəlir ...

İnsan həyatını 70-80 faiz dəyişə bilirəm "

- İnsan həyatında nələri dəyişə bilirsiniz?

- İnsan həyatını 70-80 faiz dəyişə bilirəm. Bircə insanı yenidən başqa ailədə dünyaya gətirmək olmur. Yəni insanı magiya yolu ilə başqa ailədə dünyaya gətirmək olmur. İnsanın ölüm müddətini belə uzaqtmaq mümkündür.Heç də təəccüblənməyin. Çünki həkimlər də hər hansı xəstəliyi müalicə edib, xəstənin ölüm müddətini uzaldıb, onu bəzən sağalda da bilirlər.

- Bunu əksər insanlar qəbul etmir. Deyirlər insanın doğum ölüm tarixi onun alın yazısıdır. Amma siz iddia edirsiz ki, bunu edirsiniz ...

- Etmişəm də... Həkimlər belə bunu edə bilir. İnsana müəyyən aparatlar qoşmaqla ölümdən xilas edirlər. Mən də tam əminliklə deyirəm ki, bunu edə bilirəm.

- Nə bilim. Yəqin oxucularımız da mənim kimi şokdadır. İnanıb, inanmamaq təbii ki, öz seçiminizdir. Keçək növbəti sualımıza.

- İnsan həyatında nələri dəyişə bilirsiniz ?

-Maraqlı sualdır. İnsan xəstədirsə sağalda bilərəm. Tez ailə qurmasına, maddi vəziyyətinə, hansı ölkədə istəyir orada yaşamasına, hətta vəzifəsindən narazıdırsa, ona belə təsir etmək mümkündür.

"Mən Azərbaycanın ən güclü və ən kaprizli ekstrasensiyəm! "

-Maraqlıdır. İddia edirsiniz ki, Aqil Məhərrəmov bunların hər birini bacarırsınız?

-Bəli, mən Azərbaycanın ən güclü və ən kaprizli ekstrasensiyəm!Boynuma alıram. Amma yanıma gələn hər kəslə dostlaşıram.

-Yaxşı bu kapriz nədən qaynaqlanır?

-Yorğunluq var bir az.

- Bildiyim qədər çox insanın işini də götürmürsiniz.

- Artıq yox. Bir var insanın işinin müddəti bir az uzanır, bir də var ki, həmin şəxsi arxayın edib, probleminin həlli üçün söz verirsən sonra edə bilmirsən. Mənim edə bilməyəcəyim heç bir iş yoxdur, çünki məndə olan güc azərbaycanlı ekstrasenslərin heç birində yoxdur.

- Sizə müraciət edənlər sizi necə ələ alıb, öz işlərini görməyə razı sala bilərlər?

- Qeyri-adi təkliflərlə ələ ala bilərlər (gülür -red) Yox, təbii ki, insan yaxşıdırsa və həqiqətən mənə inanıb gəlibsə və köməyə ehtiyacı varsa, kömək edirəm. Müştərinin insanlığını görəndə onu çox istəməyə başlayanda işini də tez görürəm. Müştərinin anormallığını gördükdə, məni bezdirdikdə isə onun işini götürə bilmirəm.

"Onları sevgi magiyası ilə bir-birinə dəli-divanə kimi aşiq etmək olur"

-Müsahibələrimizi oxuyan gənc qızlar çox zaman sevgi duaları ilə maraqlanırlar. Var belə şeylər ?

-Sevgi magiyası təbii ki, var. Yad heç bir-birini tanımayan şəxsləri bir-biri ilə birləşdirmək olmur. Ancaq hər iki şəxsin adi salam-əleyki varsa, təbii ki, bu mümkündür. Onları sevgi magiyası ilə bir-birinə dəli-divanə kimi aşiq etmək olur. Amma Azərbaycanda oturub dünyanın hansısa pop ulduzunu özünə aşiq etmək sadəcə xülyadır. Amma bir-birini tanıyırlarsa, istənilən adamı ayağa gətirmək, sındırmaq mümkündür.

- Ekstrasenslərin qəbul qiymətləri niyə fərqlidir?

- Tutaq ki, siz geyim alırsız Kitay isehsalı olan 5 manata yuyulub, tezliklə cırılıb gedir. Amma Türkiyə istehsalı olan 200 manatlıq paltarı uzun müddət geyinirsiniz. Bizdə də belədir. Mən bilirəm ki, mənim gördüyüm işin insana xeyri daha çox olacaq. Mən qiyməti buna görə qoyuram. Amma mən yenə ekstrasenslərin fantastik qiymətlərin qoyması ilə razılaşmıram. Vergi insana həm də ətrafında köməyə ehtiyacı olanlara yardım etmək üçün verilib. Bundan ancaq gəlir, qazanc məqsədilə istifadə mümkün deyil. Bu vergi insanın özünü boğa bilər. Dəli ola bilərsən. Bir var gün ərzində 10 nəfər qəbul edəsən, bir də var 3 nəfər qəbul edib real sözlər deyəsən. 10 nəfər qəbul edib 7-ni yola verməyəsən.

- İnsanları inandırmaq üçün nə edərsiniz?

- İnanın ki, sadəcə baxıb gördüklərimi deyirəm. Hər insan həyatında olub bitənləri bilir. Ona bunları deyəndə təbii ki, inanmaqdan başqa çarəsi qalmır.

"Bir əlində bıçaq, o biri əlində qanlı xoruz başı və çaxır... "

-İnsan özü cadudan azad ola bilərmi?

- Yox, mümkün deyil. Onda biz nəyə gərəyik?

- Bəlkə var gizlədirsiz sirrini?

-Elə şeylər var ki, cadudan azad olmaq üçün insan onu edə bilməz. İnsan gecə saat 12-də qəbiristanlığanecə getsin? Orada lazım olan duaları necə bilmədən oxuya bilər ? Necə özü özünü ölümcül, ağır cadulardan xilas edə bilər ? Heç cürə təbii ki ...

-Amma siz gecə 12-də qəbirstanlığa gedirsiniz və ?

- Mənim Rusiya səfərlərim elə buna görədir. Azərbaycanda qəbiristanlığa getmək, gecə vaxtı nəsə etmək olmaz, bu qadağandır. Bir əlində bıçaq, o biri əlində qanlı xoruz başı və çaxır... Təbii ki, soruşacaqlar ki, nə edirsən qəbiristanlıqdagecəyarı ... Rusiyada isə buna görə heç nə demirlər.Sərbəst işimi görürəm.

-İnsanları cadudan hansı müddətə təmizləmək mümkündür? Bu zaman insan orqanizmində hansı dəyişikliklər gedir?

-Qusma, ishal, baş ağrısı, halsızlıq mütləq olur.

- Cadudanşəxsi təmizləyirsiniz. Bəs bundan sonra nə baş verir ?

-Sizə cadu edən şəxsə həmin cadunu qaytarıram. Sizə etdiyi cadu özünə qayıdır və "faydasını" verir.

"Gəlinlik taxtında gəlinlə bəydən əvvəl heç kəs yata bilməz "

-Ötən müsahibənizdə yataq otağına güzgü qoymağın düzgün olmadığını demişdiniz və bunun cütlüklər arasında ayrılığa səbəb olacağını əminliklə iddia edirdiniz. Bu kimi fikirləriniz maraqla qarşılanır. Daha nələri etmək olmaz amma biz edirik.

- Dində tatu etmək yasaqdır. Hər bir simvolun insan həyatında öz rolu var. Tatular da simvollardır. İnsanlar əvvəl o rəsmləri divara çəkirdilər. Tatunun anlamını bilib çəkdirmək olar. Sklet şəkli özünü qəsdə çatdırır. Şir insanlarda psixoloji problemə gətirib çıxardır. Şir ağılsız vəhşi heyvandır. İnsanda aqressivlik yaradır.

- Bəs hansı tatular məqsədəuyğun sayılır?

- Həyatı şeylər. Gül, günəş dəniz, kəpənək, Yunan Allahlarının rəsmi... Azyaşlı xanımlara kəpənək rəsmini bədənə vurdurmaq olmaz. Bu azadlıq rəmzidir ki, azyaşlılarda gələcəkdə boşanmaya gətirə bilir. Bəxt üzüyünü başqalarına taxmağa verməkolmaz, gəlinliyi geyinmək üçün başqasına vermək olmaz. Alt paltarlarını da başqasına vermək düzgün deyil. Bu cür ehtiyatsızlıqlar bədlik, xəstəlik arzuolunmaz hallara yol açır. Öz geyiminizi digərinə geyinmək üçün verməyin. Çünki o sizin energetikanızda olur.

Məsələn, güzgünün sınması zamanı sanki portal açılır. Ölülərlə bizim aramızda sanki qapıaçılır. O qapı açılarsa oradan ölü də, cin də, şeytan da gələ bilər. Ancaq güzgü sınsa mütləq bədbəxtliklər gələcək. Gəlinin güzgüsü əsla sınmamalıdır. Gəlinlik taxtında gəlinlə bəydən əvvəl heç kəs yata bilməz . Əgər yatan insan boşanmış insandırsa, bu gəlinlə bəyin də həyatına sirayət edə bilər.

Uşağın 40 günü tamam olana qədər heç kəsə göstərmək olmaz.

"İntim münasibət özü elə magiyadır"

- İnsanlara baxan zaman tərəflər arasındakı intim problemləri də görə bilirsinizmi? Çünki, çox gənc ailələr bu səbəbdən ayrılırlar.

- Mən insana baxanda hər şeyi görürəm. Amma gördüklərimin hamısınıdemək olmaz. Desəm utanıb, yanıma gəlməzlər. Çünki bizim millət utancaqdır. İntim münasibət özü elə magiyadır. Partnyorlardan biri dəxlisiz intim həyat sürürsə, həyat yoldaşı ola-ola kənarda bir neçə şəxslə intim həyat yaşayırsa, bu ayrılığa və səhhətindəki problemlərə səbəb olur. Energetik cəhətdən də çakra darmadağın olur, insan özü də azğınlaşır və heyvandan fərqlənmir.

-Amma bizdə xanımlar sanki razılaşıb " onsuzda bütün kişilər xəyanət edir, eybi yox mənim də ərim xəyanət etsin, ancaq mən bilməyim".

-Məncə səhvsiniz. Çünki tək bizdə yox, bütün dünyada xəyanət olur. Ancaq Azərbaycanda ailə həyatında baryerlər qoyulur. Xaricdə isə insana həyat yoldaşı öncə dost olur. Onlar yataqda da sərbəst olurlar, bir-birinə hər şey barədə danışa bilirlər. Ona görə onların kişilərində fərqlilik istəyi az olur. Azərbaycanda isə bu mümkün deyil. Qadına qarşı fərqli davranış səhv başa düşülür. Hesab edilir ki, ailəsinə, həyat yoldaşına qarşı bu davranış düzgün deyil. Ona görə də kişilər o fərqliliyi kənarda axtarmalı olurlar.Xəyanət, əsəb, stress və sonda özlərini kişili, qadınlı yanımda tapırlar.

"Dedi ki, 6 günə ərimi qaytar, boşanmıram"

Həm bizdə övlad olandan sonra qadın uşağına daha çox qayğı, diqqət göstərir. Ərinin çörəyini gecikdirsə də, uşağı yedizdirib vaxtında yatızdırır. Bu zaman ər diqqətdən kənarda qalır və gedir sağa, ya da sola (gülür - red)

Məncə, siz həm də yaxşı psixoloqsunuz.

O da işimin tərkib hissəsidir. İnsanları anlamaq üçün gərək birinci psixoloq olasan, sonra eks gücə malik insan .

Və fikrimi tamamlayım. Bu kimi səbəblər də boşanmaya səbəb olur. Ailədə soyuqluq yaranır nəticədə. Bizə üz tutanda artıq gec olur. Çünki, hər şeyin düzələciyinə ümid edib, gözləyib, sonda bizə üz tuturlar. Yadıma bir hadisə düşdü. Deməli bu yaxında yanıma bir xanım gəlmişdi. 6-7 günə boşanma məhkəməsi baş tutacaq ərəfədə ailəsini geri qaytarmaq istəyirdi. Bu mümkün olan bir şey deyil. Mən 6-7 günə belə bir insana kömək edə bilmərəm. Ən azı 20 gün bu müddətdən tez gəlməli idi.Deyirəm bəs niyə məhkəməyə ərizə verdiniz, deyir düşündüm barışarıq. Axırda gördüm mümkün deyil və sizin yanınıza gəldim. Xeyr bu belə olur. Mənə öncədən müraciət edib, səbrli olub dediyim zamanda nəticənizi gözləyib, görə bilərsiniz. Yoxsa ekstrasens sehirbaz deyil ki ...

Aqil Məhərrəmovun qəbuluna getmək üçün istəyənlər bu nömrəilə əlaqəsaxlaya bilərlər: 055 223 66 13

İnstagramda: @ekstrasens_agil_magarramov


loading...