Rusiyada yaşayan azərbaycanın məşhur ekstrasensindən 2018 - ci il PROQNOZU: "Bax, bu, fəlakət olacaq"

Rusiyada yaşayan azərbaycanın məşhur ekstrasensindən 2018 - ci il PROQNOZU: "Bax, bu, fəlakət olacaq"

Müsahibim uzun müddətdir Rusiyada yaşayan azərbaycanlı ekstrasens Aqil Məhərrəmovdur:

- Tez-tez Bakı- Moskva səfərləriniz olur. Səbəb ?

- Tez-tez getməyimin səbəbi odur ki, həm Azərbaycanda, həm də Rusiyada çalışıram.  Hal-hazırda daha çox Rusiyada oluram. Buna görə də gedib, gəlmək məcburiyyətindəyəm.

- Bəs Azərbaycanda yoxsa Moskvada sizə daha çox tələbat var?

- Yaxşı ekstrasensə hər ölkədə tələbat var. Çünki hər bir ölkədə insanların problemləri olur və həmin problemlərin həlli üçün müraciət edilə biləcək şəxslər lazımdır. Fərqi yoxdur, istər ekstrasens olsun, istərsə də həkim. Ona görə də, mən deyərdim ki, hal-hazırda hər iki ölkədə mənə tələbat eynidir.

- Amma düşünürdüm, sizə Azərbaycanda daha çox tələbat olar...

- Mən elə deməzdim. Bilirsiniz ki, azərbaycanlıların bir hissəsi Rusiyada yaşayır və onlar da mənə müraciət etdiyi üçün balans artıq tarazlanır. Amma əvvəllər  Azərbaycanda tələbat daha çox idi, çünki Rusiyada çox güclü ekstrasenslər var və tanınmaq çətindir. Azərbaycanda isə o qədər də güclü ekstrasenslər yoxdur.

- Güclü ekstrasens dedikdə nə nəzərdə tutulur?

- Mənim fikrimcə, təcrübəsi daha çox olan ekstrasens güclü ekstrasensdir. Çünki  illərlə nələrisə öyrənirsən, öz üzərində işləyirsən, səhvlərini düzəldirsən. Hər bir ekstrasens işarələri görüb duyur, əsas olan o işarələrin mənasını anlamaq və bunu insanlara düzgün şəkildə çatdırmaqdır. Yəni, sən çox şey görə bilərsən, amma gördüklərini çatdırmağı bacarmırsansa, o qədər də güclü deyilsən.

- Nəyisə çatdırmaq olar və ya olmaz kimi qadağalar varmı?

- Bəli, elə şeylər var ki, onları demək olmaz. Misal üçün, mən insana baxanda rəngli şəkillər görünür, onları film kimi izləyirəm və qarşımdakına deyirəm, rəngsiz şəkillər haqda isə demirəm. Çünki onları demək lazım deyil, həmin insan onu yaşamalıdır. Amma rəngli şəkillərdəkiləri isə insan özü dəyişə bilər.

- Bəs o siqnalları kim ötürür ki, Aqil, filan şeyi de, filan şeyi demə?

- “Filan şeyi de” demirlər, sadəcə şəkilləri göstərirlər. Buna da açıqlama verim, bəzi alimlər, mollalar deyir ki, bunları cin-şeytan edir. Amma səhv fikirdədirlər. Həmin şəkilləri ruhlar da göstərir. Mən, şəxsən, ruhlarla işləyirəm, cinlərlə yox. Deyirlər ki, ruh göstərə bilməz. Bu, səhv fikirdir. Necə olur ki, biri öləndə onun ruhu yaxınlarının, doğmalarının gözünə görsənə bilir? Deməli, ruhlar var ki, gözə də görsənirlər.

- 2017 sizin üçün necə yadda qaldı?

- Açığı 2017 - ci il bir az çətin il oldu. Bu il səhhətimlə bağlı çox böyük problemlər yaşadım. Amma, ümumi götürsək, mənim üçün sakit il kimi yadda qaldı.  Bir sıra uğurlar əldə etdim,iki dəfə Azərbaycanda tanınmış  ekstrasens kimi diplom aldım, bir dəfə Rusiyada diplom aldım. Azərbaycanda şəxsi biznesimi yaratdım. Nisbətən yaxşı il oldu.

- Hansı prinsiplərlə yaşayırsınız?

- Ən əsas prinsipim odur ki, “tapdığın dostlarını itirmə”. Digər prinsiplərim isə sadiqlik, düzgünlük və yalan danışmamaqdır. Bir də “köməyinə ehtiyacı olan insanları geri çevirmək” prinsipi ilə yaşayıram. Düzdür, hamıya olmasa da, amma çox adama şamil edilir.

- 2018-ci ildə Azərbaycanı nə gözləyir?

- İlin birinci yarısı stabil keçəcək, ikinci yarısı isə maddi baxımdan bir az gərginlik olacaq. Müharibə hiss etmirəm, şəxsi fikrimcə, belə bir şey olmayacaq. Amma  Azərbaycanı dünya ilə bağlı yeni bir uğur gözləyir. Yeni bir nəfəs olacaq.

- Bəs  Azərbaycan şou-biznesində nələr olacaq?

- Şou-biznesdə  çaxnaşmalar çox olacaq. Deyəsən, it ili özünü göstərəcək. İt ili çox sakit bir ildir, amma müğənnilər yaman aktivləşəcəklər. Gənc nəsil yalan olacaq, yaşlı nəsil ayağa qalxacaq. Bax, bu, fəlakət olacaq.

- Bu il ərzində magiya ilə bağlı ən çox hansı işləri gördünüz?

- Bu il insanlar ən çox “məni sevgilimlə birləşdir”, “məni ailəmlə birləşdir” kimi istəklərlə üz tuturdular. Sevgi mövzusu daha qabarıq idi. Keçən il isə maddi mövzular daha çox üstünlük təşkil edirdi.

- Sizin sahənizdə elə bir iş var ki, onu ancaq siz bacarırsınız?

- “Ancaq mən bacarıram” kimi cümlə işlətməzdim, amma mənim bacardıqlarımın çoxunu da o biri ektsrasenslər bacarmır.

- Məsələn, nələri?

- Məsələn, mən ruh çağırmıram, onlar özləri gəlir. Yəni, artıq o zirvəyə qalxmışam. Azərbaycanda cadunu ən tez təmizləyən də mənəm. 

- Cadunu neçə günə təmizləyirsiniz?

- Cadunu təmizləmək haradasa bir həftə vaxt alır.

- Necə təmizlənir?

- Onu deyə bilmərəm, mənim sirrimdir.

- Elə şeylər varmı ki, 2018-ci ildə insanlar onları etsələr, il daha uğurlu keçər?

- Məsləhət görərdim ki, bu il insanlar daha çox qızılı geyimlərə, qızıl əşyalarına üstünlük versinlər. Qolbağlar, boyunbağılar insanlara daha çox uğur gətirəcək. Bir də yay aylarında kim istirahətə getsə, həmin insanların həyatında yeni bir dəyişiklik və canlanma olacaq və uğur əldə etməyə doğru gedəcəklər. Ümid edirəm, astroloqlar planetlərdəki dəyişikliklə bağlı danışacaqlar, susmayacaqlar. Planetlərdəki dəyişiklik səbəbindən sıradan həyat sürən insanlar batacaqlar. Amma fərqli həyat tərzi sürən insanlar isə daha da yüksələcək və uğur qazanacaqlar.

- Fərqli həyat tərzi sürmək üçün insanın maddi durumu da yaxşı olmalıdır.

- Bizdə insanlar bir az simiclik edir. Pulu özlərinə xərcləməyə heyfləri gəlir. Həmin insanlar bu il batacaqlar. Mən bunu tam əminliklə deyirəm. Yay aylarında aktivləşmək lazımdır. Çünki yay aylarında planetlərdə yerdəyişmələr olacaq. Siz də həmin tempə uyğunlaşmalısınız, əks halda, enerji cəhədən zəifləyə və bərbad  hala düşə bilərsiniz.

- 2017-ci ildə kömək üçün yanınıza gələn insanlarla bağlı maraqlı, yaddaqalan hansı hadisələr oldu?

-  Bir neçə yaddaqalan hadisə olub. Ən əsasını deyə bilmərəm, həmin insanın mənə müraciət edəcəyi ağlıma gəlməzdi. Vəzifəli bir insan idi, amma kim olduğunu deməyəcəyəm.  Bu il axır ki, bəzi ekstrasenslər geri çəkilməyə başladılar və bu da məni təəccübləndirdi.

- Yəni yerlərini sizə verdilər?

- Bir müştəri gedib onların yanına, deyiblər ki, bu işi mən yox, Aqil bacara bilər, ona müraciət et. Bu da məni bir az şoka saldı.

- Deməli, onlar sizə yaxşı münasibət bəsləyir, nəinki siz onlara.

- Kim mənə qarşı necədirsə, mən də ona qarşı eləyəm. Boş yerə heç kimə qarşı pis olmamışam.

- Hansı problemləri 1 həftə ərzində həll edə bilirsiniz?

- Biznes məsələlərini, maddi gəlirin artması məsələsini çox tez həll etmək olur.

- Bəs sevgi məsələlərini?

- Sevgi məsələləri bir az uzanır. Onlara, həqiqətən, vaxt lazımdır. Situasiyadan asılı olaraq bu vaxt müddəti dəyişir. Elə insan var ki, 1 il ayrı qalıb, barışmaq istəyir, eləsi var ki, 1 ay. Az müddət ayrı qalanları daha tez qovuşdurmaq olar.

- Gec və ya tez müraciət etməyin fərqi varmı?

- Əlbəttə, çünki tez olanda hər 2 şəxsdə hisslər soyumuş olmur. Amma 1 il keçəndən sonra istər-istəməz soyuqluq yaranır və ya qarşı tərəfin həyatına başqa biri girmiş olur. Bu kimi şeylər bir az problem yaradır.

- Yeni ildən uşaqlar hədiyyə, böyüklər isə xoşbəxtlik, səadət gözləyirlər. Bəs Aqil nə gözləyir?

- Həqiqətən deyirəm, Aqil ilk növbədə Azərbaycan Respublikasının ekstrasensləri rəsmi olaraq qəbul etməsini gözləyir. Ya buna birdəfəlik qadağa qoyulmalıdır, ya da qanun qəbul olunmalıdır.

- Bəlkə, ilk ekstrasens olaraq bir addım atıb lazımi orqanlara  özünüz müraciət edəsiniz?

- Mən media vasitəsilə səslənirəm ki, ekstrasenslər qanuni şəkildə qəbul edilsin və insanları aldadan şəxslərə qəti qadağa qoyulsun. Özünü ektrasens adlandıran hər kəs testlə yoxlanılsın, testdən keçənlər diplomunu alsın və işləsin. Testi keçə bilməyənlərə qadağa qoyulsun, əgər bu işlə məşğul olsa, həbs olunsun. Rusiyada bu qanun artıq qəbul olunub və ildə  800 milyon rubl ektrasenslərə xərclənir. Deputatlar qərara aldılar ki, bu məbləğ qanuniləşsə ektrasenslər vergi ödəməlidirlər. Ekstarsenslər vergi ödəsə, dövlət büdcəsi xeyli qalxa bilər, insanlar daha firavan yaşayar. Hal-hazırda biz Rusiyada gəlirimizdən asılı olaraq vergi ödəyirik.  Kim nə qədər qazanırsa, ona uyğun vergi ödəyir. Misal üçün, mən gələcəkdə Rusiyada təqaüd ala biləcəyəm, amma Azərbaycanda vergi ödəmədiyim üçün ala bilməyəcəyəm. Bu səbəbdən istəyirəm ki, ekstrasenslik qanuniləşsin. Həm Azərbaycanın büdcəsinə xeyir olar, həm də biz yaşlananda təqaüd ala bilərik. Həm bizə xeyirdir, həm dövlətimizə, həm də insanlara. Insanlar da biləcək ki, kömək istədikləri ekstrasens yalançı deyil, pulunu boş yerə sərf etmir, gözüyaşlı qalmayacaq.

- İkinci növbədə özünüzə nələr arzu edirsiniz?

- Mənim bir tərəfim qarabağlıdır. Həqiqətən, Ağdamı görmək istəyərdim. Üçüncü arzumu da deyəcəm, hamı məni qinayacaq, “Evrovision” Azərbaycanda keçiriləndə gələ bilməmişdim, istəyirəm təzədən bu il qalib olaq və yarışma Azərbaycanda keçirilsin, mən də iştirak edim. Digər arzularımın hamısına çatmışam. Maşın, ev, var-dövlət, gəzinti,  bunlar mənim üçün adi arzulardır. Arzu deyil əslində ... Çünki arzu ediləcək daha ciddi məsələlər var ki, həlli yolları bəlkə də mümkünsüzdür. 

Aqil Məhərrəmovla əlaqə vasitəsi: (055 223 66 13)

İnstagram : ekstrasens_agil_magarramov 

 


loading...