Abşeronda ağır qəza - yaralılar var - FOTO

Abşeronda ağır qəza - yaralılar var - FOTO

Abşeron rayonunda sərnişin avtobusu qəza törədib.

Xeberci.az Oxu.Az-a istinadən məlumatına görə, hadisə bu gün Abşeron rayonun Atyalı adlanan qəsəbəsində baş verib.  

99-KU-551 dövlət qeydiyyat nömrəli sərnişin avtobusu yüksək sürətlə yol kənarında dayanan TIR-a çırpılıb. İlkin məlumatlara görə, avtobusun əyləc sistemi tutmayıb, idarəetməni itirərək TIR-a çırpılıb.

Yaralanan sərnişinlər arasında hamilə qadının olduğu bildirilib. Hadisə yerinə polis və altı təcili tibbi yardım maşını cəlb edilib.  

Hadisə nəticəsində yaralanan sərnişinlər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan Oxu.Az-a verilən məlumata görə, hazırda müxtəlif dərəcəli xəsarətlərlə 10 nəfər yaralı xəstəxanaya yerləşdirilib:

“10 nəfər yaralı gətirilib. Hazırda yaralılara təcili yardım göstərilir”.


loading...