"Sosial şəbəkə əxlaqsızlığı artırır" - Cavanşir Məmmədov

"Sosial şəbəkə əxlaqsızlığı artırır" - Cavanşir Məmmədov

Əməkdar artist Cavanşir Məmmədov sosial şəbəkə istifadəçilərini tənqid edib. 

Müğənni "Bizimləsən" verilişində müzakirəyə çıxarılan bir qadının evdən qaçması məsələsinə münasibət bildirib. Məmmədov bildirib ki, əxlaqsızlıqların səbəbkarı sosial şəbəkələrdir:

"Sosial şəbəkə olmasaydı, o qadın Neftçaladan hara ilə danışardı? Əvvəl Naxçıvanla danışmaq üçün 1 həftə növbəyə dayanırdıq. İndi oturursan burada, Amerika ovcunun içindədir". 

Proqramda qonaq olar jurnalist Ülviyyə Alovlu isə "Biz də sosial şəbəkədə otururuq. Deyin ki, telefondan başlayır. Bu səbəbdəndir ki, mentalitetə belə şeylər sızdırırsınız. Cəmiyətin beyninə yeridirsiniz ki, sosial şəbəkədən istifadə edən əxlaqsızdır. Kimsə əxlaqsızdırsa, bunun bəraətini sosial şəbəkəyə qazandırmaq lazım deyil" sözləriylə, müğənniyə etirazını bildirib. 

C.Məmmədov isə fikrindən daşınmayaraq "Əxlaqsız adam sosial şəbəkə ilə əxlaqsız çevrəsini böyüdür" cavabını verib.

///Axşam.az


loading...