Bayram günlərində yollar 4 can aldı

Bayram günlərində yollar 4 can aldı

Son 3 gündə Azərbaycanda 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

XƏBƏRÇİ.AZ bildirir ki, "Qafqazinfo"nun Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, iyunun 15-də respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

İyunun 16-da 3 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

İyunun 17-də isə ölkənin avtomobil yollarında baş vermiş 2 yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.


loading...