Ciddi sarsıntılar ola bilər

Ciddi sarsıntılar ola bilər

Rusiyanın Başqırdıstan Respublikasının sakinləri son yüz ilin ən uzunmüddətli Ay tutulmasını izləyə biləcəklər.

XƏBƏRÇİ.AZ  publika.az-a istinadən xəbər verir ki, respublika sakinləri bu təbiət hadisəsini 1 saat 43 dəqiqə izləyəcəklər.

Ayın tutulması yerli vaxtla iyulun 27-də 20:13-də başlanacaq və bu zaman Yerin kölgəsi Aya toxunacaq. Tutulmanın tam mərhələsi iyulun 27-də 22:30-dan iyulun 28-də 01:14-ə qədər davam edəcək.

Mütəxəssislərin fikrincə, Ayın tutulmasının təsiri altında həm şəxsi, həm də sosial səviyyədə ciddi sarsıntılar mümkündür.


loading...