Şəkidə çobanı ildırım vurdu

Şəkidə çobanı ildırım vurdu

Şəkidə yaylaqda çobanı ildırım vurub.

XƏBƏRÇİ.AZ APA-ya istinadən xəbər verir ki, bu gün günün ikinci yarısında Şəki rayonu, Şin kənd sakini 1990-cı il təvəllüdlü Məmmədov Rahim Nəriman oğlu yaylaqda qoyun otaran zaman onu ildırım vurub.

Xəsarət alan Rahim Məmmədov Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Xəstəxanadan bildirilib ki, Rahim Məmmədov bədənin sol tərəfinin aşağı və yuxarı ətraflarında ümumi zəiflik hiss edilir. Hazırda onun müalicəsi aparılır.

Qeyd edək ki, təbiət hadisəsi nəticəsində iki çoban iti və bir baş qoyun ölüb.


loading...